• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub
  • 15-09-2026 Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
  • 15-09-2026 Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026 Coşqun Cəbrayılovdan Özbəkistan səfirinə şikayət - VİDEO
  • 14-09-2026 İcra başçısı qanunsuz qum karxanası işlədir? - İLGİNC
  • 14-09-2026 “AZ TECHNOCON GROUP” MMC iyirmi günə 5 tenderi hansı əsalarla əldə edə bilib – Zakir Quliyev bilər
  • 14-09-2026 "Bilik günü"nün hava proqnozu açıqlandı
  • 14-09-2026 Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
  • 14-09-2026 Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
  • 14-09-2026 Azərbaycanda onların iş vaxtı artırılır
  • 14-09-2026 Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
  • 14-09-2026 Məhkəmə-tibbi ekspertizada kreslo savaşı? — Birliyin daxilində nələr baş verir?
  • 14-09-2026 Retkliff Ukrayna danışıqlarında iştirak edir – Tramp
  • 14-09-2026 Azərbaycanlı şair dünyasını dəyişdi
  • 14-09-2026 Tramp İranın neftinə “əl qoymaq” istəyir – Azərbaycan sərhədində hansı plan hazırlanır?

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
25-06-2025, 08:08

Qalib Ordu – qalib xalq: Azərbaycan hərb tarixində yeni dövrün başlanğıcı

Qalib Ordu – qalib xalq: Azərbaycan hərb tarixində yeni dövrün başlanğıcı


Azərbaycanın müasir ordusunun formalaşması və onun regionun aparıcı hərbi gücünə çevrilməsi prosesi təsadüfi deyil. Bu, düşünülmüş və mərhələli şəkildə həyata keçirilmiş milli hərbi strategiyanın nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Son nəticədə, bu ordu Vətən Müharibəsində tam və birmənalı zəfər qazanaraq həm regionun, həm də dünyanın hərbi-siyasi gündəmində Azərbaycan adını qalib ölkə kimi yazdı.

Azərbaycan Ordusunun əsası məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qoyuldu. Hələ müstəqilliyin ilk illərində dövlətçiliyin özünün belə təhlükə altında olduğu bir zamanda Heydər Əliyev milli ordunun formalaşdırılması üçün mühüm qərarlar qəbul etdi. O, nizami hərbi sistemin yaradılması üçün həm struktur baxımından, həm də insan kapitalı baxımından təməli qoydu. Ordunun peşəkar zabitlərlə komplektləşdirilməsi, hərbi təhsil sisteminin yenilənməsi və ilkin müdafiə doktrinasının hazırlanması məhz onun dövründə baş verdi.



Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Ordusu sadəcə kəmiyyət baxımından deyil, keyfiyyətcə də dəyişdi. NATO standartlarına cavab verən struktur, müasir silah-sursat, peşəkar kadrlar və təkmilləşdirilmiş təlim sistemi – bütün bunlar son 20 il ərzində həyata keçirilən uğurlu hərbi siyasətin bəhrəsidir. Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri kimi tanınır, qlobal hərbi reytinqlərdə daim irəliləyir.

Azərbaycanın istehsalı olan hərbi texnika və sistemlər artıq beynəlxalq sərgilərdə nümayiş olunur, bəzi ölkələrlə hərbi texnoloji əməkdaşlıq da qurulub.

Qələbə ilə yazılan tarix: Aprel döyüşləri və Vətən müharibəsi

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun psixoloji və taktiki üstünlüyünü nümayiş etdirdi. Bu qələbə həm də böyük müharibəyə hazırlığın sınağı idi. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi isə Azərbaycanın 30 illik işğal tarixini sona çatdırdı. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu həm peşəkarlıq, həm də texniki üstünlük baxımından düşmənə açıq mesaj verdi.

Şuşa əməliyyatı – XXI əsrin hərbi möcüzəsi

Şuşa əməliyyatı müasir hərb tarixinə unikal səhifə kimi daxil oldu. Tank və top yeriməyən, sıldırım qayalarla əhatələnmiş, təbii istehkam olan Şuşaya Azərbaycan əsgəri əlbəyaxa döyüşlə daxil oldu. 400 nəfərlik xüsusi təyinatlı qrup meşələrdən, yarğanlardan, dağ keçidlərindən keçərək, iplərlə qayalara dırmaşıb şəhərə girdi və düşməni qısa zamanda darmadağın etdi. Bu əməliyyat strateji planlama, taktiki dəqiqlik və əsgərin iradəsi baxımından misli görünməmiş bir uğurdur. Şuşanın azad edilməsi müharibənin qırılma nöqtəsi, qələbənin təntənəsi oldu.

Azərbaycan əsgəri Hadrut əməliyyatı ilə düşmənin əsas təmas xəttini yardı və strateji yüksəklikləri nəzarətə götürdü. Ermənilərin gözləmədiyi istiqamətlərdən hücum edən ordumuz planlama baxımından düşməni çaşqın vəziyyətə saldı. Qırmızı Bazar və Laçın istiqamətində yerləşdirilmiş erməni qüvvələri Şuşa meşələrindən gələn Azərbaycan əsgərlərinin sıldırımları aşaraq, şəhərə daxil olacağını ehtimal etmirdi.



Tam və birmənalı qələbə – XXI əsrin unikal nəticəsi

İkinci Dünya Müharibəsindən sonra baş verən müharibələrin əksəriyyəti ya nəticəsiz, ya da yarımçıq sülh müqavilələri ilə başa çatdı. ABŞ-ın Vyetnam və Əfqanıstan fəlakətləri, Sovetlərin Əfqanıstanda uğursuzluğu, İraqdakı xaos, Ukrayna-Rusiya müharibəsinin uzanması bir daha göstərdi ki, müasir dünyada tam və birmənalı qələbə əldə etmək faktiki olaraq mümkün deyil. Lakin Azərbaycan bu "qaydanı" pozdu – 44 gün ərzində işğalçı ordu darmadağın edildi, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Müharibənin təkcə cəbhədə yox, informasiya müstəvisində də aparıldığı dövrdə Prezident İlham Əliyev şəxsən bu ön cəbhənin əsgərinə çevrildi. “BBC”, “France 24”, “Al Jazeera”, “TRT World” kimi nüfuzlu media orqanlarına verdiyi müsahibələrlə informasiya cəbhəsində üstünlük əldə olundu. Dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini birbaşa dövlət başçısından eşitdi.

Vətən müharibəsindən sonra Azərbaycan hərbi sahədə islahatları daha da dərinləşdirdi. Ordunun strukturunda çeviklik, taktiki birliklərin optimallaşdırılması və yeni texnologiyalarla təchizat davam etdirilir. Regionda baş verən geosiyasi proseslər, beynəlxalq hüququn faktiki olaraq işləməməsi fonunda güclü ordu – təhlükəsizlik zəmanətidir. Bu gün Azərbaycan Ordusu təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyinin əsas sütunlarından biridir.

Onu da qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi bütün hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqa tam uyğun aparılıb. Mülki infrastruktur və insanlar məqsəd deyil, qorunan subyektlər idi. Bu, Ermənistan ordusunun törətdiyi müharibə cinayətləri fonunda Azərbaycan ordusunun peşəkarlığını və beynəlxalq öhdəliklərə sadiqliyini bir daha sübut etdi. Xüsusilə bir günlük anti-terror əməliyyatı zərgər dəqiqliyi ilə aparılmış, mülki əhalinin zərər görməməsi üçün maksimum ehtiyatlılıq göstərilmişdi.

Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm qələbənin müəllifləri var – əsgərlər, zabitlər, xüsusi təyinatlılar və əlbəttə, bu prosesi strateji şəkildə yönəldən Prezident, Ali Baş Komandan İlham Əliyev. Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli birlik, vətəndaş həmrəyliyi və siyasi uzaqgörənliyin nəticəsidir.

Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbə sadəcə bir torpağın azadlığı deyil, bütün dünyaya verilən bir mesajdır – bu xalqın iradəsi ilə, bu ordunun gücü ilə hesablaşmamaq mümkün deyil. Və bu, hələ başlanğıcdır. Çünki müasir Azərbaycan Ordusu – gələcəyin də təminatçısıdır.

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az