• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
31-10-2024, 08:49

“Garant İnşaat” MTK COP29-a qarşı - VİDEO

“Garant İnşaat” MTK COP29-a qarşı - VİDEO



Keçmiş icra başçısı, hazırki deputat Asif Əsgərovun “çətiri” altında olan şirkət yaşıllığa qənim kəsilib

Paytaxtın Nəsimi rayonunda 20 Yanvar küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində tikintisi başa çatmaq üzrə olan on altı mərtəbəli yaşayış binasının sifarişçisi olan “Garant İnşaat” Mənzil Tikinti Kooperativinin rəhbərliyi deyəsən layihə üzrə planlaşdırılan ölçülərindən çox kənara çıxmaq tamahına düşüb.
MTK rəhbərliyi binanın həyətindən əvvəldən nəzərdə tutulduğu kimi, təkcə 20 Yanvar küçəsinə çıxışının olması ilə kifayətlənməyərək, guya gələcək sakinlərinin məmnunluğunu təmin etmək və əlbəttə ki, mənzillərin qiymətini artırmaq üçün Cavadxan küçəsinə də yol açmaq qərarına gəlib. Hazırda bu məqsəd naminə əraziyə buldozer və başqa texnika cəlb olunaraq sürətli iş aparılır. Acınacaqlı haldır ki, iş görülərkən ərazidəki yaşıl ağaclar kökündən qoparılır.
Razılaşaq ki, ekologiyanın saflaşmasına xidmət edən COP29 kimi mötəbər tədbirə ev sahibliyi etdiyimiz, “yaşıl enerji”yə keçidimizlə öyündüyümüz, neft istehsalçısı olduğumuz üçün Qərbin şantajlarına tuş gəldiyimiz indiki məqamda belə neqativ hallar heç də xeyrimizə işləmir və bizim barəmizdə qınaqlara layiq olduğumuz təsəvvürü yaradır.
Heç cür inanılası deyil ki, “Garant İnşaat” MTK bunca qanunsuz əməllərindən Nəsimi Rayon İcra Hakimiyyətində xəbərsizdirlər. Çünki sözügedən “yaşıl soyqırım” barədə hələ bu ilin avqust ayında sosial şəbəkədə narazılıq ifadə edən məlumatlar yayılmışdı. Qeyd olunurdu ki, binadan əvvəl həmin yerdə kafe-restoran olub və yaşıllığın seyrəlməsinə hələ o vaxtdan başlanılıbmış. O da bildirilirdi ki, adı çəkilən innşaat şirkəti Nəsimi RİH-nin sabiq başçısı Asif Əsgərovun “çətiri” altındadır. Asif Əsgərov da 2024-cü ilin sentyabrı ayında keçirilən parlament seçkilərində deputat mandatı və toxunulmazlığı qazanmaqla keçmişdə göz yumduğu qanunsuzluqlara görə cavab vermək məsuliyyətindən özünü sığortalamağı bacardı. Ancaq cəmiyyət arasında nüfuzu heç də azalmadı, bəlkə də artdı.
O vaxt hətta saytlardan biri ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadovdan cavab da almışdı: “Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı quruma daxil olan şikayət araşdırılıb. Araşdırma zamanı ağacların sözügedən ərazidə çoxmərtəbəli binanın tikintisi məqsədilə qazıntı işləri aparan "Garant İnşaat” MTK tərəfindən kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Həmişəki ssenaridir, yalnız şikayət olunduğu halda hərəkətə keçən nəzarətedici orqan vurulmuş ziyanı nəyinsə müqabilində qəsdən aşağı göstərir ki, təqsirkar cinayət məsuliyyətinə deyil, yalnız inzibati məsuliyyətə cəlb olunsun. O da sonra bildiyini edir.

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az