• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
  • 21-07-2026 İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
  • 21-07-2026 Messidən hamını təəccübləndirən addım
  • 21-07-2026 Trampdan İrana xəbərdarlıq:"Əsgərimizin qisası dəfələrlə artıq alınacaq"
  • 21-07-2026 İspaniyanın mükafatı açıqlandı
  • 20-07-2026 Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır - VİDEO
  • 20-07-2026 Neft qiymətləri kəskin dönüş etdi
  • 19-07-2026 Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib - VİDEO
  • 19-07-2026 Rusiya çökdükcə, dünya üçün daha böyük təhlükə yaradır: Kreml "nüvə düyməsi"ni yenidən "sülh masası"na gətirir
  • 19-07-2026 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır

XƏBƏRLƏR

    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
14-12-2023, 13:09

“Nihat-İnşaat” MMC-ni “Keşikçidağ” və “Avey” Mədəniyyət qoruqları ilə nələr bağlayır

“Nihat-İnşaat” MMC-ni “Keşikçidağ” və “Avey” Mədəniyyət qoruqları ilə nələr bağlayır





Azərbaycanda bir müddət əvvəl həbs olunmuş icra başçılarının məhkəmələri maraqlı epizodlarla dolu keçirdi. Şahid qismində dindirilənlərin əksəriyyəti adı olub, özü olmayan MMC-lərin nümayəndələri idi ki, hamısı qalibi olduqları tenderlərin 30 faizini bəri başdan icra başçılarına çatdırdıqlarını etiraf edirdilər. Belə MMC-lər bu gün də mövcuddu və işlərini köhnə qaydada davam etdirlər. Bu gün onlar qanunsuzluq etmədiklərini bildirsələr də, məhkəmə qarşısına çıxanda açırlar sandığı, tökürlər pambığı.

Elə götürək Mədəniyyət Nazirliyini. Sözügedən qurumun məsul vəzifəli şəxsləri həbs olunanda ortaya nələr çıxmadı? Kim zəmanət verə bilər ki, həmin əmməllər bu gün davam etdirilmir? Həmin əməllər yenə davam etdirilir, amma başqa şirkətlərin əli ilə. Elə “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyətini götürək.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 6.330,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq satınalmalarda ad çıxarmış bir şirkətdir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NIHAT – İNŞAAT ” Məhdud Məsuliyyətli 14 saylı Ərazi Vergilər İdarəsində 20.11.2013-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, AĞSTAFA Ş, M.Ə.SABİR, ev 9, m., qanuni təmsilçisinin isə Nəsibov İlqar İsrafil oğlu olduğu göstərilir.

MMC-nin təsisçisi Aslanov Yaşar İmamverdi oğlu olub və 19.06 2023-cü ilə qədər rəsmi qanuni təmsilçisi kimi göstərilib. MMC qərb bölgəsində bir çox dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovka sorğularının qalibi olub. Təkcə 2023-cü ildə qalibi olduğu satınalmalara diqqət yetirək.

“Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs” ilə 36.094,95 manat məbləğində 06.10.2023-cü ildə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 9.300 manat məbləğində 11.09.2023-cü ildə, Qarayazı Dövlət Təbiət Qoruğu ilə 9.983,6 manat məbləğində 11.09.2023-cü ildə, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 6.836,5 manat məbləğində 11.09.2023-cü ildə, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 5.900 manat məbləğində 06.09.2023-cü il tarixlərində 6 satınalma müqavilələri bağlayıb.

Apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, adıçəkilən qurumlar ötən il də “NIHAT – İNŞAAT ” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Yaşar Aslanovun təsisçisi və qanuni təmsilçisi olduğu “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir neçə satınalma müqavilələri bağlayıblar.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 5.950 manat məbləğində 02.12.2022-ci il, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 6.920 manat məbləğində 02.12.2022-ci il, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə 9.436 manat məbləğində 02.12.2022-ci il, Ağstafa Gənclər evi sosial xidmət müəssisəsi ilə 15.876,1 manat məbləğində 18.10.2022-ci il, Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə 51.080,7 manat məbləğində 25.08.2022-ci il tarixlərində də “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5 satınalma müqavilələri bağlanılıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SƏMA” Məhdud Məsuliyyətli 14 saylı Ərazi Vergilər İdarəsində 06.08.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, AĞSTAFA Ş, M.Ə.SABİR, ev 9, m., qanuni təmsilçisinin isə Aslanov Yaşar İmamverdi oğlu olduğu göstərilir. MMC-nin hazırki günə 4573.53 manat borcu var.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən əldə etdiyimiz bu rəsmi məlumatlardan da görsəndiyi kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tabeli “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu da, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu da “NIHAT – İNŞAAT ” və “SƏMA” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin sahibi Yaşar aslanovla daim işbirliyindəirlər. Buraya “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”i də daxildir. Bu sadalanan dövlət qurumları nə üçün məhz bu MMC-lərə üstünlük verir?

Bunu ancaq yuxarıda qeyd etdiyimiz qurumların, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva, “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in direktoru İlham Sofiyev yaxşı bilərlərlər.

Qeyd edək ki, “NIHAT – İNŞAAT ” və “SƏMA” MMC-lərin sahibi Yaşar Aslanovun bundan başqa bir neçə şirkəti də var ki, bir müddət əvvəl Qazax, Tovuz, Ağstafa rayonlarında demək olar bütün dövlət qurumlarının keçirdikləri satınalmaların qalibi olublar. Yəni, Yaşar Aslanov sözügedən rayonlarda “otkat” işlərinə baxıb. Ona məxsus MMC-lərin udduğu satınalmalar dövrü mətbuatın gündəminə gəldikdən sonra aidiyyatı qurumların nəzarətinə düşdü. Odur ki, Yaşar Aslanov ötən il iş gördüyü “SƏMA” MMC-ni bu il “NIHAT – İNŞAAT ” MMC ilə əvəzləməli olub. //Aktualinfo.org

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az