• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
11-11-2022, 09:45

Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar...

Rəşad Dağlı ilə bağlı xəbərlərdə yolverilməz olanlar...


İki gündür meyxanaçı Rəşad Dağlının qətl törətdiyini deyərək polisə təslim olması, bu hadisə ətrafında gedən müzakirələr gündəmdən düşmür. Bəzi sosial şəbəkə istifadəçiləri yolverilməz şərhlər bildirərək narkotik alverçisini öldürməkdə ittiham edilən ifaçıya dəstək olmağa çalışarkən, digərləri adekvat reaksiya göstərərək qətlə heç bir halda bəraət verilməli olmadığını qeyd edirlər.

Məsələdə diqqətçəkən məqamlardan biri də bu tipli xəbərlərin tirajlanması zamanı yol verilən səhvlər, oxucunu yönləndirmələrdir. Bəs ekspertlər nə deyir?

Nyus.Az xəbər verir ki, hadisə ilə bağlı "qafqazinfo"ya danışan media eksperti Ələsgər Məmmədli düşünür ki, medianın xəbərləmə siyasətində xeyli xətalar hiss olunub: "Təqdim olunan materialların hər birində ölümün təsviri var idi. Həm də konkret olaraq baş vermiş cinayətin artıq təsbit olunmuş fakt kimi təqdim olunması ciddi problemdir. Təqsirsizilik prezumpsiyası baxımından hətta şəxs etiraf edib polisə təslim olsa belə, yenə də bu, sadəcə və sadəcə ehtimaldır. Məsələnin mediada geniş müzakirə olunması anlaşılandır.

Çünki nəticə etibarilə Rəşad Dağlının ictimai nüfuzu var. Media bu aspektdə müzakirələr apararkən daha çox peşəkarların mövqeyinə üstünlük versə, daha yaxşı olar. Ümumiyyətlə, bir hadisədə cinayətin qurbanı olmuş şəxsin təhriketmə ehtimalı olsa belə, cinayəti haqlı görən heç bir ictimai çıxış olmamalıdır. Çünki bu tip münasibətlər gələcəkdə də bənzəri hadisələrə nümunə təşkil edə bilər. Media xüsusilə bundan qaçmalıdır və onlar çalışmalıdır ki, heç bir halda bu məsələlər insanlarda neqativ əhval-ruhiyyə yaratmasın".

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə əlaqədar "qafqazinfo"ya bildirib ki, Rəşad Dağlını tənqid etmək məsələdən çıxış yolu deyil və bu məsələni həll edə bilməz: "Heç Rəşad Dağlı olmasın, başqa hər hansı bir şəxsin törətdiyi hadisə olsun, hadisəni törədəni tənqid etmək məsələyə birtərəfli yanaşmaqdır. Bu insanlar hər hansı kriminal aləmin üzvü, cinayətkar dəstə, terrorist deyillər. Deməli, mühit bu hadisənin ortaya çıxmağında mühüm rol oynayır. Biz elə etməliyik ki, ölkədə mühiti dəyişək.

Bunun üçün humanitar-sosial siyasətimizi dəyişməliyik. Buna görə də bəzən tələsik çağırışlar da eşidirik ki, meyxananı qadağan etmək lazımdır. Belə şey etmək olmaz. Məsələdən çıxış yolu ölkədə hadisələrə elmi baxımdan yanaşmaq, elmi tövsiyələr əsasında yumşaq müdaxilələr etməyə yönəlməlidir. Bunun üçün də ölkədə xeyli həqiqi, ciddi elmi araşdırma mərkəzləri olmalıdır. Həqiqi ciddi sosial işçilər yetişdirilməlidirlər. Onların köməyi ilə elmi təminatlı cəmiyyət olmalıdır".

Müzakirələrin hüquqi tərəfləri barədə isə vəkil Zibeydə Sadıqova ilə danışdıq. Ailə-məişət məsələləri üzrə ixtisaslaşmış vəkilin sözlərinə görə, bizim qanunvericilik heç bir halda fərq qoymur ki, kimi öldürmək olar, kimi yox:

"Peşəsindən, kimliyindən asılı olmayaraq, adam öldürmək cinayətdir. Əgər hansısa adamın hərəkəti qanunsuzdursa, həmin şəxs barəsində şikayət edilməlidir. Bundan sonra həmin şəxslə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Mətbuatdan oxuduğum qədər İsgəndər Mehdiyev Rəşad Əmirova qarşı təhqiramiz sözlərdən istifadə edib. Yaxşı olardı ki, Rəşad Dağlı bununla bağlı hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edərdi. Heç bir cinayətə haqq qazandırılmamalıdır.

Rəşadın səmimi peşiman olması, polisə könüllü təslim olması, bu, yüngülləşdirici haldır. Bundan başqa, himayəsində azyaşlıların olması da, cəmiyyət tərəfindən sevilməsi də, hakim tərəfindən nəzərə alına bilər. Amma bu, onu məsuliyyətdən azad etmir. İctimai şəxslərin cinayətə haqq qazandırması yolverilməzdir. Bu, sabah ona yol verə bilər ki, cəmiyyət tərəfindən sevilməyən insanları rahatlıqla öldürsünlər".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az