• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
9-11-2022, 12:20

Bayrağımız eşidilən səsimiz, döyünən Qəlbimizdir

Bayrağımız eşidilən səsimiz, döyünən  Qəlbimizdir


Bayraq kənardan göründüyü kimi rəngli bir parça deyil, o bir xalqın, dövlətin varlığını, kimliyini nişan verən ali məfkurə daşıyıcısıdır. Bayrağın daşıdığı rəmz və əlamətlər ölkələrin məram və yolunu tanıdır. Dünyada nə qədər dövlət varsa, o qədər də bayraq var. Bu anlamda bayraq hər dövlətin, hər xalqın varlığının göstəricisidir.


Bayraq həm də xalqların mübarizə yoluna işıq salan mənəvi məşəl timsalındadır. Böyük Mustafa Kamal Atatürk bu gerçəyi nəzərə alaraq bildirmişdi ki, “bayraq bir millətin azadlıq əlamətidir. Düşmənin olsa belə, hörmət edilməlidir”. Azadlığımızın yönləndiricisi, milli kimliyimizin pasportu olan müqəddəs üçrəngli bayrağımız bizim üçün hər şeydən öncə Vətənin mənəvi siması deməkdir. Bizim sevdiyimiz, uğrunda ölməyi şərəf bildiyimiz Vətənin yüksəkliklərində dalğalanan bayrağımız əbədi dirilik, mübarizə, uğur müjdəçisidir.

Bayrağımız bizi Vətən sevgisinə, qeyrət davasına, qələbə zirvəsinə səsləyir. Sevinc və qürurumuzun timsalı olaraq qələbə anında, bayram təntənəsində bayrağımıza sarılırıq, onu təntənə ilə başımızın üstünə qaldırır, duyğulanır və yeni hədəflərə həvəslənirik.

Ötən əsrin əvvəllərində düşmən qüvvələrin endirdiyi, 70 il həsrətində qaldığımız üçrəngli bayrağımız “Bir kərə yüksələn bayraq bir daha enməz!” gerçəyi ilə xatirələrdə, ürəklərdə dalğalandı və gün gəldi ki, xalqımızı haqq davasına qaldırmaq üçün yenidən meydanlarda bitib-göyərdi. Yenidən başımız üzərində dalğalanan milli bayrağımız başımızın tacına çevrilərək mübarizə eşqimizi alovlandırdı.

İkinci Qarabağ müharibəsində canını Vətənin bütövlüyünə qurban verərək şəhid olmuş, yaralı düşmüş qalib Azərbaycan əsgərinin hər birinin sol cibindəki bayraq Vətən sevgisinin cazibə daşıyıcısı idi. Bütün dünya gördü və şahid oldu ki, biz o bayağı sevə və onun uğrunda ölə bilirik! Çünki Vətən adına bu cəsarəti, qəhrəmanlığı dahi azərbaycanlı Heydər Əliyevdən öyrənmişdik. Məhz onun fövqəladə böyüklüyü, tarixi qərarı ilə könlümüzün hakimi olan bayrağımız yenidən Azərbaycanda dalğalandı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Xalq Cümhuriyyətinin yadigarı və əmanəti olan üçrəngli bayraq əvvəlcə muxtar respublikada ali status qazandı. Çox keçmədi ki, Azərbaycan dövləti də öz suverenlik savaşına bu bayrağın kölgəsində getdi. 1991-ci il ildə axıdılan qanlar, çəkilən əziyyətlər hesabına müstəqqiliyini qazanan Azərbaycan azadlığını ilk illərdə itirmək təhlükəsi yaşadı.

Xalqımızın böyük övladı Heydər Əliyev dərin zəkası və möhkəm iradəsi ilə bu fəlakəti sovuşdurub yenidən yüksəlmiş bayrağımızın enməsinə imkan vermədi, ölkə məhv olmaqdan qurtuldu. Vətəni, onun müqəddəs atributlarını bizə sevməyi öyrədən ulu öndər Heydər Əliyevin gərgin əməyinin xoşbəxt sonluğu olaraq bu gün suveren dövlətlər sırasında müstəqil ölkəmiz, bayraqlar içində qürurla dalğalanan bayrağımız var. Bu müqəddəs ənənə, dövlət atributlarımıza dəyər verən Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilərək təqvimizin 9 Noyabr gününü ölkəmizdə bayrama çevirdi.

2009-cu il noyabrın 17-də Prezidenti İlham Əliyevin sərəncamına əsasən Dövlət Bayrağı Günü təsis olundu və noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Məhz həmin gün bayrağımız həm də bayramımıza çevrilib milyonlarla qəlbdə dalğalanır, bizi xalq olaraq öz ətrafına toplayır, doğmalaşdırır, bütövləşdirir. Ölkəmizin hər yerində, xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə, müqəddəs Azərbaycan bayrağının dalğalanması yurd sevgimizi coşdurur, qeyrətimizə qanad taxır. 30 il idi ki, gözəl Qarabağımız bu bayrağın al-əlvan hüsnünə, cilvəli dalğalanmasına həsrət qalmışdı.

Artıq bütün nisgillər, ağrılar geridədir. Öndə olan bayrağımızdır, inam və ümidlərimizdir. Ölkəmiz Prezident İlham Əliyevin Komandanlığı altında namərd düşmənin məkrli planını məhv edib, qəsdimizə durmuş yağını rəzil edib. Bu torpağa əzəli sakinləri qayıdıb, meydan bayrağımızındır, meydanlardakı bayrağımızdır. Bu gün bayramımız – bayraqlı, bayrağımız – bayramlıdır.

Qəhrəman bir xalqın, onun qüdrətli və yenilməz sərkərdəsinin liderliyi ilə bayrağımız layiq olduğu yüksəklikdədir. İstiqlal çarçısı, millət fədaisi Əhməd Cavadın həsrətlə baxdığı üçrəngli bayrağımız indi təkcə Qara dəniz üzərində deyil, dünyanın hər yerində dalğalanır. Prezident İlham Əliyevin liderliyi altında kimsə onun endirilməsinə cəsarət edə bilməz.

Bayrağımız, bayramın mübarək olsun! Bayraq bayramımız mübarək olsun! Bayrağımız Xeyirə dalğalansın, xoş günlərin baş müjdəçisi olsun!


Qara Abdullayev,
Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi.



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az