• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib

XƏBƏRLƏR

    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
5-11-2022, 14:00

ZƏFƏR SƏNƏ YARAŞIR, AZƏRBAYCAN!

ZƏFƏR SƏNƏ YARAŞIR, AZƏRBAYCAN!

Çağdaş müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən kreslo davası üzündən yaranan hərc-mərclikdən istifadə edən Hegamon dövlətlər xain qonşumuz Ermənistanın əli ilə ölkəmizi parçalamaq xülyasına düşdülər. Oz havadarlarına arxalanan Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 20 faiz torpağımız işğala məruz qaldı. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması məqsədilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi təcavüzkarın destruktiv mövqeyinə görə heç bir nəticə verməmişdir. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın Baş naziri Nikol Paşinyanın üç il öncə “Valday” konfransında “Qarabağ Ermənistandı, nöqtə.” deməsi də bütün danışıqların faydasız olduğunu göstərdi. Cəzasızlıqdan şirnikən Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası
“yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Elə “Valday “ Konfransında da Ermənistanın başıpozuq baş naziri Nikol Paşinyanın sərsəmləməsinə cavab olaraq, “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyən Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev “Dəmir yumruq”la da, beynəlxalq qüvvələrin bacarmadığı işi həyata keçirdi, ədaləti bərpa etdi. Belə ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra, Ümummilli Liderimiz Heydər Əliyevin Ata vəsiyyətini ləyaqətlə yerinə yetirən dahi şəxsiyyətin uğurlu yolunun ən uğurlu davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar nankor qonşumuz, məkrli düşmənimiz Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır. İndi bu Zəfər Muzeyində məndur düşməndən qənimət kimi əldə etdiyimiz külli miqdarda müxtəlif təyinatlı hərbi maşınlar, silah-sursat və s. nümayiş olunur.

Yeri gəlmişkən, 8 noyabr Zəfər Günü biz Ədliyyə işçiləri üçün xüsusi önəm kəsb edir. İki ildir ki, 22 noyabr Ədliyyə işçilərinin ənənəvi peşə bayramını böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cəsur qazilərimizə acil şəfa versin. Bu qələbə nəinki bizim, nəinki Dünya Azərbaycanlılarının, eləcə də, Türk-İslam dünyasının şövinizm, dünya erməniliyi üzərində zəfərinin təntənəsidir!

Zəfər sənə yaraşır, Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Zərifə Nəcəfli,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
24 saylı Notariat Ofisinin xüsusi notariusu

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az