
Hazırda Respublika Narkoloji Mərkəzində 33 788 narkotik istifadəçisi qeydiyyatdadır.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Səhiyyə Nazirliyinin "İnstagram" səhifəsində "Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda qonaq olarkən deyib.
"Qeydiyyatda olanlardan 619-u qadındır. Yaş qruplarına gəlincə, 15-17 yaş arası 9 nəfər, 18-24 yaş arası 2 242 nəfər, 25-29 yaş arası 5 403 nəfər, 65 yaşdan yuxarı olanların sayı isə 207 nəfər təşkil edir", - deyə o qeyd edib.
Nyus.Az

























