
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir. Bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək. Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.//virtualaz.org//
Nyus.Az

























