• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
14-07-2021, 12:15

Polad erməni texnikasını təkbaşına ələ keçirdi - Döyüş yoldaşı

Polad erməni texnikasını təkbaşına ələ keçirdi - Döyüş yoldaşı

14 iyul şəhid Milli Qəhərman, general-mayor Polad Həşimovun anım günüdür.

Milli Qəhərman Polad Həşimovun döyüş yoldaşı, qazi Ülvi Qədirin Axar.az-a verdiyi müsahibəni təqdim edirik.

- Polad Həşimovla yoldaşlığınız necə başlayıb?

- Ali Hərbi Məktəbi bitirəndən sonra müdafiə mazirinin əmri ilə bir neçə zabitlə N saylı hərbi hissəyə göndərildik. Həmin bölməyə məxsus olan bəzi hərbi texnikalar bizə təhkim olunmuşdu Bir neçə gün sonra həmin hissənin avtomobil parkında digər texnika, hərbi maşınlarla tanış olduq. Orada tırtıllı, yol infrastrukturunda istifadə olunan "S" markalı taraktor diqqətimi çəkdi. O mənzərə indi də gözümün qarşısında canlanır. Həmin traktor gülləbaran olunmuş, sanki ağır döyüşdən çıxmış bir vəziyyətdə idi. Avtomobil xidmət rəisi qeyd elədi ki, bu traktoru bizim hərbi hissə komandirimiz Polad Həşimov düşmən tərəfindən qənimət gətirib. Hansı ki, düşmən bu traktorla uzun illər öz postlarına keçilməz dağlardan yollar çəkirmiş. Polad Həşimov gecə düşmən ərazisinə keçərək həmin traktoru gətirib, gülləbaran olub, ancaq hər şeyə rəğmən sağ-salamat hərbi hissəyə gətirib çıxarıb və hazırda istifadə olunur. Mən həmin hərbi hissədə qulluq etdiyim 5 ilə yaxın müddətində ən keçilməz dağlarda, təpələrdə yolların açılması üçün həmin o traktordan istifadə olunurdu. Avtomobil parkında Polad Həşimova yaxınlaşdıq, tanışlığımız elə ordan başladı.

- Polad Həşimovun zabitlərlə münasibəti necə idi?

- 2-3 ay hərbi hissənin gənc əsgər bölümündə xidmətimi davam etdirdim. Komandirim Polad Həşimova bildirdim ki, mən xidmətimi ön cəbhədə davam etdirmək istəyirəm. O isə dedi ki, siz hələ gənc zabitlərsiz, ən azı 6 ay hərbi hissədə xidmət etməlisiniz. Ancaq özümü doğrultdum, 10-15 gün keçməmiş əmrim gəldi və mən ön xəttə, Murovun ən yüksək, ən çətin reliyefi olan yerinə təyin olundum. Mənim xidmət elədiyim yerdə Polad Həşimov özü 6 il xidmət edib. Xidmətimiz dövründə də Polad Həşimovla çox yaxın dostluğumuz olub. O, xidmət vaxtı əldə etdiyimiz nailiyyətlərə görə həmişə bizi dəyərləndirirdi.

- Polad Həşimovun şəhadətini necə qarşıladınız?

- Yaxınlarım, əzizlərimi itirəndə, onları torpağa dəfn etdiyimdə heç vaxt gözümdən yaş axmayıb. Çünki ölümün Allahın əmri olduğunu dərk etmişəm, hamımızın zamanı yetişəndə bu dünyanı tərk edəcəyik. Ancaq şəhid qardaşım Polad Həşimovu dəfn edəndə göz yaşlarımı saxlaya bilmədim. Çünki o, mənim üçün tam başqa bir şəxsiyyət idi. İki həftədən artıq şok vəziyyətinə oldum. İnana bilmədim, hər həftə qəbrini ziyarətə getdim. Onun kimi fərqli insan Yer üzünə bir də gəlməyəcək.

- Polad Həşimovun şəhadəti bizə nə qazandırdı?

- Polad Həşimov şəhadəti ilə tarix yazdı. Zəfərlə bitən Vətən müharibəsinə gedən yol general-mayor Polad Həşimovun şəhadəti ilə başladı. Onun şəhidlik zirvəsinə yüksəlməsi 30 illik həsrətin sonu, Qarabağımızın azad olunmasının başlanğıcı oldu. Bu gün əminliklə deyə bilərik ki, bütün şəhidlərimizin ruhu şaddır. 44 günlük Vətən müharibəsində neçə-neçə vətən övladı düşmən üzərinə Polad Həşimovun qisasını almaq üçün gedib. İllər keçəcək, Polad Həşimov hər gələcək nəsil tərəfindən böyük məhəbbətlə, qürurla yad ediləcək.

- Polad Həşimov məktəbini bitirmək necə hissdir?

- Allahın bir neməti hesab edirəm ki, qazi olaraq paşamızı, general-mayor Polad Həşimovu yaxından tanımışam və Polad Həşimov məktəbinin yetirməsi olmuşam. Polad Həşimovu yaxından tanıyan, onunla birlikdə 5 ilə yaxın çiyin-çiyinə döyüş yolu keçən biri olaraq bütün çıxışlarımda onu xatırayıb, xüsusilə gənclərimizə onun haqqında danışmağı özümə borc bilirəm. Dünyadan köçməsinin birinci ildönümündə gənclərimizə vətənpərvərlik nümunəsi olan general-mayor Polad Həşimovu böyük qürur və rəhmətlə anıram.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az