• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
5-05-2021, 15:57

Yol inşaatçısı Tahir Əlıyevin “qrıjalı” fəaliyyəti

Yol inşaatçısı Tahir Əlıyevin “qrıjalı” fəaliyyəti


Söz vaxtına çəkər. Keçən ilin aprel ayında Bakı şəhərinin Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində 5 metr hündürlükdə, 130 metr uzunluqda, 3 metr enində nəhəng yerüstü asma piyada keçidi istifadəyə verildi. El içində “Şamaxinka” kimi tanınan həmin ərazidə inşa olunan keçidin ən mühüm özəlliklərindən biri Eyfelə bənzəyən qülləsidir.
Xatıraladaq ki, inşaat işlərinin gedişində qüllənin əyriliyi də diqqəti çəkmiş, bunu təsdiqləyən fotoşəkillər də yayılmışdı. Sonradan inşaatçılar qüllənin kəm-kəsirini birtəhər örtə bildilər. Amma əlbəttə ki, yırtığa vurulan yamaq qüllənin görkəmini düzəldə bildisə də, hərçənd, konsrtuksiyanın bel sütunundakı “qrıja”nı sağaltmadı.
Məqaləmizin ”qəhrəmanı” 10 saylı Xüsusi Təytinatlı Yol İstismarı MMC-nin rəisi, “Bizim Eyfel”in inşasını həyata keçirmiş Tahir Əliyevdir. Əldə etdiyimiz səhih məlumatlara görə, Tahir bəyin qol qoyduğu başqa işdəycələri də “qrıjalı”dır. İdarənin balansında olan texnikanı, maşın-mexanizmləri qeyri-qanuni icarəyə verməsi, “şişirdilmiş” rəqəmlərlə sərf olunmuş kimi göstərdiyi yol inşaat materiallarını satıb dövlət vəsaitini mənimsəməsi, haram kapital hesabına özünə ölçüyəgəlməz varidat yaratması onu tanıyanlar üçün yeni xəbər deyil. Məsələ burasındadır ki, indi Tahirin çevirdiyi, daha doğrusu qoşulduğu ən dəbdə olan korrupsiya növü “DOST” MMC-nin xətti ilə vətəndaşların ictimai işlərə cəlb olunması layihəsindən götürdüyü haram qazancdır. Redaksiyamıza verilən məlumata görə, hazırda bu layihə əsasında işlə təmin olunmuş 20-yə yaxın vətəndaşın maaş kartları Tahir Əliyevin cibindədir. Mexanizm isə sadədir: “DOST” MMC-nin xətti ilə Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) almaq üçün müraciət edən işsiz vətəndaş Dövlət Məşğulluq Agentliyinin yerli idarəsinə yönəldilir və ona rayon (şəhər) məşğulluq mərkəzi tərəfindən iş təklif olunur. ÜDSY almaq üçün müəyyən edilmiş qaydalara görə, vətəndaş (ailə başçısı, yaxud, ailəni təmsil etməsi notarial qaydada təsdiqlənmiş şəxs) və ailənin işaxtaran kimi qeydiyyatdan keçmiş digər əmək qabiliyyətli üzvləri müraciətlərinin müsbət həllinin təxirə düşməməsi üçün həmin iş təklifindən imtina etməməlidirlər. Təklif olunan işlər isə çox vaxt az maaşlı olur. Ailə üzvlərinin sayı ehtiyac meyarına (190 manat) vurulur, sonra da rəsmi gəlir həmin hasil olunmuş rəqəmdən çıxılır, qalan fərq ÜDSY kimi təyin olunaraq ailəyə aylıq ödənişlər edilir. 10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC bu layihəyə Tahir bəyin “xüsusi qeyd-şərti” ilə “dəstək” verir. Belə ki, vətəndaşlara yol idarəsində qara fəhlə kimi hər gün işə çıxıb ayda 250 manat minimum məvacib almaqdansa, adlarının işdə getməsi, pensiya kapitalına təsir edəcək staj yazılması, maaşlarını Tahir Əliyevə və onunla əlbir vəzifəli şəxslərə bağışlayıb əvəzində ÜDSY almaq daha çox sərf edir. Çünki bu zəncirin mühüm halqası işəgötürənin vətəndaşa verdiyi, sonradan yerli Əhalinin Sosial Müdafiəsi Mərkəziinə təqdim ediləcək əmək haqqı haqda arayışdır. Beləliklə, layihədən hamı qazanır – işləməyən vətəndaş da, Tahir və korrupsiya ortaqları da. Bircə uduzan dövlət, onun büdcəsi olur. Büdcənin talan edilməsinə isə heç birimiz laqeyd qalmamalıyıq. Çünki biz sadəcə jurnalist və oxucular deyilik, büdcənin formalaşmasına töhfə verən vergi ödəyiciləriyik.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az