
Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.
Virtualaz.org-un məlumatına görə, yararlanaraq 6 ay komada qalan Xaçmaz rayonunun Maqsudkənd kənd sakini, 23 yaşlı Səbuhi Hüseynli aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.
Səbuhi Hüseynli keçən il oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı. Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!
Nyus.Az


























