
Bakıda avtomobil yollarında yaranan tıxac marşrut avtobuslarının hərəkətinə maneələr yaradıb.
Nyus.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır.
Nyus.Az

























