• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-02-2021, 20:30

Lerikdə sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- MÜDHİŞ RƏZALƏT

Lerikdə sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- MÜDHİŞ RƏZALƏT


Son vaxtlar bəzi vəzifə sahibi olan şəxslər nəinki daşıdıqları vəzifələrindən “ikiəlli yapışırlar”, hətta onlar “minbir hoqqalar”a qol qoyub “əndazəni də aşırlar”. Belə bir səbəblər üzündəndir ki, yerlərdə əmələ gələn narazılıqlar həm “pik nöqtə”yə çatır, həm də sosial problemlər tüğyan etməkdə davam edir. Bütün bunların kökündə vəzifə sahibi olan həmin şəxslərin tələb olunan qanunlara əməl etməmələri, üzərinə düşən vəzifələrini yerinə yetirməyi bacarmamaları, yaxud da yerinə yetirmək istəməmələridir. Bu kimi halların varlığı da, ilk növbədə vətəndaşların dövlət qurumlarına olan inamsızlıqlarını artıran səbəblər olur. Açıq şəkildə qeyd edək ki, belə vəzifə sahiblərindən biri də Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Rövşən Bağırovdur. Son iki-üç aydır ki, bu şəxsin qanunsuzluğa söykənən əməlləri haqda ölkənin ən aparıcı media qurumları silsilə tənqidi açıqlamalar yayımlayır, ictimaiyyəti narahat edən problemləri hər kəsin diqqətinə çatdırır. Bütün bunlara baxmayaraq, icra başçısı Rövşən Bağırov qeyd olunan tənqidlərdən nəticə çıxarmaq, çoxsaylı sosal problemləri həll etmək əvəzinə, bu gün də oxşar addımlarını atmaqda davam edir.




Redaksiyamza daxil olan məlumatlara görə, bu gün də Lerik RİH-nin başçısı daşıdığı vəzifəsindən sui-istifadə edir və o, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi yöndə verdiyi tapşırıqlara məhəl qoymur və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən bəzilərini “gözümçıxdıya salır”. Belə sahibkarlardan biri də Lənkəran şəhəri, Heydər Əliyev prospekti-153 ünvanında yaşayan İsmayılova Zərintac ismayıl qızıdır. Çünki, adı çəkilən bu xanım sahibkar Azərbaycan Resıpublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Əli Əsədova, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Kiçik və Orta Biznesiin İnkişafı Agentliyinin rəhbərliyinə və digər dövlət qurumlarına ünvanladığı şikayət ərizəsinin bir surətini Xeber Fakt.Az-ın redaksiyasına da təqdim edib. Zərintac İsmayılova təqdim etdiyi şikayət ərizəsində yazır: “Mən bir sahibkar olaraq hər zaman bu sahənin inkişaf etdirilməsinə bacardığım qədər önəm vermişəm. Buna əsas səbəb, cənab Prezidentin sahibkarlığın inkişafına verdiyi dəstək olub ki, bunu da hər zaman dəyərləndirmək lazımdır. Bildirirəm ki, 44 gün davam edən Vətən müharibəsində hər kəs öz fəaliyyəti ilə arxa cəbhədə dövlətimizə lazımi töhfəsini verdiyi bir vaxtda, Lerik rayonunda bir sahibkar olaraq nəinki bizə dəstək göstərildi, əksinə hər vasitə ilə bizi sıxışdırdılar, qurub-yaratmaq istədiklərimizi bilərəkdən məhv etdilər. Nəzərinizə çatdırım ki, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Bundan əlavə, Lənkəran Rayon Qadın Sahibkarların İctimai Birliyinin sədri olmaqla bərabər, 20 ildən də artıqdır ki, “Dostluq” müəssisəsinin rəhbəriyəm. Rəhbərlik etdiyim müəssisə həm ixrac, həm də idxalla məşğuldur. Möhtərəm Prezident dəfələrlə sahibkarları qəbul edərkən həmin görüşlərdə mən də iştirak etmişəm, ölkə rəhbərimizin məsləhətlərindən sonra bölgəmizdə sahibkarlığı daha da inkişaf etdirməyə çalışmışam. Atdığım addımlar nəticəsində təqribən 100 nəfərə yaxın şəxs işlə təmin olunmuşdur ki, bu da 100 ailənin dolanışığının təmin edilməsi olub. Oğlum Quliyev Raqib Vaqif oğlu da sahibkarlıq fəaliyyəti ilə məşğul olur və o, 10 ilə yaxındır ki, Lerik rayonu ərazisində onun rəhbərlik etdiyi “Cənub Turizm İstirahət Mərkəzi” fəaliyyət göstərir. Raqib Quliyev fəaliyyətə başladığı ilk vaxtlardan Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov həm onu, həm də onun etibarnamə ilə qanuni nümayəndəsi olaraq məni daim sıxışdırmış, istirahət mərkəzi üçün tikdirdiyimiz tikililəri heç bir əsas olmadan sökdürmüş, yalnız lazımi maraqları təmin olunduqdan sonra o, bizdən müəyyən müddət ərzində əl çəkmişdir.



Bir müddət bundan öncə ölkə rəhbərinin verdiyi tövsiyyələri əsas tutaraq meşə zonalarında aqrobağlar salmaq və əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarını təmin etmək qərarına gəldik. Bu məqsədlə “Cənub Turizm İstirahət Mərkəzi”nə bitişik ərazidə, hansı ki, tamamilə istifadəsiz qalmış torpaq sahələrini aldıq ki, həmin ərazilərdə qoz və fındıq ağacları əkib becərək və ölkəmizin qoza, fındığa olan ehtiyaclarını təmin etməkdə yardımçı olaq. Bu məqsədlə Azərbaycan Ruspublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamentinin Lənkəran regional meşə təsərrüfatı mərkəzinə müraciət etdik və adı çəkilən bu qurumla 15 yanvar 2020-ci il tarixdə 01 nömrəli müqavilə sənədini imzaladıq. İmzalanmış müqavilə sənədi əsasında 5 hektar torpaq sahəsini 15 illik müddətə, yəni 2035-ci ilə kimi icarəyə götürdük. Bununla bağlı oğlum Raqib Qulivevin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20 iyul 2020-ci il tarixdə Çıxarış da verildi. Biz həmin torpaq sahəsini mal-qaradan qorumaq məqsədilə ərazini tikanlı məftillə çəpərə aldıq və az sonra Qax rayonundan 15.000 (on beş min) manat pul verib 7 (yeddi) min ədəd qoz, fındıq ağacları alıb gətirdik və həmin torpaq sahəsinə əkdik. Bunu bilən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov özünün əlaltısı olan bələdiyyə sədrini, hansı ki, həyat yoldaşı rəsmi sənədlər əsasında bələdiyyə sədri olsa da, onun vəzifəsini qeyri-qanuni icra edən Fərman Həşimovu, həmçinin kənd icra nümayəndəsi Elxan Aslanovu həmin sahəyə göndərdi. Bu şəxslər də kəndin bir neçə qadınlarını üstümüzə saldılar və həmin torpaq sahəsinin icra başçısına aid olduğunu, heç kimin Rövşən Bağırovun icazəsi olmadan hərəkət edə bilməyəcəyini bildirdilər. Biz həmin şəxslərə torpaq sahəsini qanuni yolla aldığımızı, cənab Prezidentin tövsiyyələrini əsas tutaraq kənd təsərrüfatı məhsullarına, o cüümlədən qoz və fındığa olan tələbatı ödəmək məqsədilə bolluq yaratmaq istədiyimizi bildirdik. Çox təəssüf hissi ilə qeyd edim ki, icra başçısı bizə dəstək vermək əvəzinə, birbaşa bizə maneəçilik yaratdı. Hətta, icra nümayəndəsi Elxan Aslanov gözləmədiyimiz halda fəhlələrin və digər şəxslərin yanında mənə “Sahibkarsan gözümüz aydın olsun” dedi. Bundan əlavə o, “Lerik rayonunun icra başçısı və prezldenti Rövşən Bağırovdur, bu şəxsin icazəsi olmadan heç kim bu ərazilərdə hansısa hərəkəti edə bilməz” deyir. Bütün bunlar azmış kimi, 13 noyabr 2020-ci il tarixdə icra başçısının, kənd icra nümayəndəsinin, bələdiyyə sədrinin “fitfası” ilə əraziyə gələn qadınlar minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz təqribən 3 min ədəd qoz və fındıx ağaclarını çıxarıb məhv etdilər, hətta onlar bununla kifayətlənməyib çıxarılmış ağacları üstüstə yığıb yandırdılar. Belə bir dözülməz vəziyyətlə bağlı həmin əraziyə dəvət etdiyimiz Lerik RPŞ-nin əməkdaşları real mənzərəni öz gözləri ilə gördülər və onlar gördüklərinin videoçəkilişini həyata keçirib lentə də aldılar. Qeyd edim ki, bizə qarşı törədilmiş belə bir cinayət əməli ilə bağlı hal-hazırda RPŞ-də təhqiqat araşdırmaları aparılmaqdadır. Bildirirəm ki, həmin vaxt bir qadın üstümə hücum çəkib təpiklə ayağımdan vuraraq mənə xəsarət yetirdi. Elə ki, o, həkim müayinəsindən keçib şikayət etdiyimi bildi, o halda mənə yalvararaq şəhid ailəsi olduğunu dilə gətirdi. Az sonra məlum oldu ki, həmin qadın məktəb direktorunun həyat yoldaşıdır və o, torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin adından sui-istifadə edir. Yəni, bu ailə şəhid ailəsi deyil, sadəcə olaraq həmin qadın düşdüyü vəziyyətdən xilas olmaq üçün, bu cür iyrənc əmələ qol qoyur.

Qeyd edim ki, baş verən belə bir biabırçılıqlardan sonra Lerik RPŞ-nə müraciət etdim və polis əməkdaşlarının nəzarəti altında qalan 4 min ədəd acağı əkdirə bildik. Ömründə bir ədəd olsun belə acağ əkməyən həmin şəxslərin, əkdiyimiz ağacları bundan sonra da çxarıb məhv edəcəklərindən ehtiyat etdiyimiz üçün, cənab Prezident başda olmaqla digər vəzifə sahiblərinə, həmçinin media qurumlarına müraciətlər etməyi özümüz üçün borc bildik.

P.S. Hörmətli oxucular! Bir mətbu qurum olaraq belə bir biabırçı olayı daim gündəmə gətirməyə və baş verən digər qanunsuzluqlarla bağlı, məhz hər kəsi bundan sonra da məlumatlandırmağa çalışacağıq.

Ardı var



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az