• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-03-2018, 09:56

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Mütəxəssislər deyir ki, əgər artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir
Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Paytaxt məktəblərinin rus bölməsinə birincilərin qəbulu ilə bağlı məhdudiyyətlərin olması narahatlığı valideynlərin dilindən tez-tez səslənir. Bakı şəhəri üzrə Təhsil İdarəsi bu fikirlərin həqiqəti əks etdirmədiyini desə də, valideynlər "rus bölməsi çatışmır" - fikrində israrlıdırlar. "Məktəblərdə rus bölmələrinin sayının az olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Bu il Bakı şəhərində bəzi məktəblərdə yeni rus bölməsi üçün siniflər açılacaq. Hətta bəzi məktəblərdə rus bölməsində siniflərin sayı Azərbaycan bölməsindən çoxdur. Rus bölməsinə də qəbulda birinci növbədə məktəbin inzibati ərazisində yaşayanlar nəzərə alınacaq. Hər bir sinifdə şagird tutumu məhdudiyyəti var" - deyə BŞTİ valideynlərin narahatlığına son qoymağa çalışıb. Ancaq valideynlərin öz övladlarını daha çox rus bölməsinə yönəltmək meyli ilə bağlı sual isə hələ ki o qədər diqqət çəkmir...

Təhsil ocaqlarının rus bölmələrinə şagird axınının artması, hətta sıxlığın yaranmasının səbəbi ilə maraqlanarkən, daha çox "ümumilikdə rus bölmələrinə axınla bağlı tendensiya nə vəd edir" sualına cavab tapmağa çalışdıq. Təbii ki, məsələyə yanaşmalar fərqlidir. Gerçəkliksə budur ki, valideynlərin övladlarını rus bölmələrinə qeydiyyatdan keçirmələri halları daha çox müşahidə olunur. Hətta əksər valideynlər övladlarını rus bölməsində oxutdurmaq üçün sözün həqiqi mənasında canfəşanlıq edirlər. Bəzi valideynlər bu meyli rus dilinin təhsil dili kimi nüfuzunun artması, rus dilində təhsilin daha keyfiyyətli olması ilə izah edirlərsə, aralarında övladlarının əlavə dil imkanı qazanması, gələcəkdə əmək bazarının tələblərinə cavab vermək istəklərini vurğulayanlar da var. Təbii ki, rus dilində tədrisin nüfuzunun artmasına təkcə ana dilində tədrisi deyil, ümumilikdə dilimizi sıxışdırma təhlükəsi kimi yanaşanlar da var.

Doğrudur, dil öyrənmək, başqa dildə təhsil müasir dünyanın tələblərindəndir. Amma bu cəhdlər ANA dilində tədrisi ikinci sıraya qoymağa əsas vermir. Müşahidə olunan isə budur ki, valideynlərin övladlarını rus dilində təhsilə yönəltmək istəyi heç də həmişə yaxşı təhsil məqsədi ilə bağlı olmur, çox vaxt "qonşudan qalma dala" prinsipinə söykənir...

Valideynin axtardığı mühit

Övladı 2-ci sinifdə təhsil alanvalideyn Rəhman Quliyev hər bir azərbaycanlı uşağın rus dilini bilməsini müsbət hal kimi dəyərləndirir: "Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar". Söhbətləşdiyim digər valideyn Esmira Nəsibova hesab edir ki, rus dilində təhsil alan uşaqların intellekt əmsalı, yəni düşünmə qabiliyyətləri daha güclü olur: "Həmçinin rus dilində tədris vəsaitləri mükəmməldir. Müəllimlərin şagirdlərə yanaşma metodları da fərqlidir".

Tədrisin keyfiyyətinə mənfi təsir edən amillər

Təhsil ekspertləri, dilçi alimlər məsələyə yumşaq yanaşmağa çalışsalar da, fikirlərində fərqliliklər də var.

Professor Şahlar Əsgərov rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqələndirir. Belə ki, bunun üçün məktəb abadlığı ilə bərabər müəllimlərin uşaqlara münasibəti, dərsliklərin keyfiyyəti, müəllimlərin səviyyəsi çox vacibdir: "Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir".

Təbii proses

Tədris müəssisələrində rus bölmələrinin sayının artmasının bəzən ekspertlər və ya müəyyən dairələr tərəfindən aqressiv qarşılandığını deyən təhsil eksperti Nadir İsrafilov bunu təbii proses hesab edir: "Bəzi insanlarda "bizim Konstitusiya dilimiz ana dilidir, nə üçün rus bölmələrinin sayı artır" - kimi suallar yaranır. Bu, təbii prosesdir. 90-cı illərdə orta məktəblərimizdə rus dili planda yer alırdı. Rus dili xarici dil qrafasına salınır, hətta müvafiq saatlar artırılırdı. Sonra biz onu xarici dil qrafasına daxil edib bir müddət fakultativ hesabına keçdik. Daha sonra rus dilinin saatını müəyyən qədər azaltdıq ki, ingilis dili ön plana keçsin. Bütün bunlar o zaman rus dilinə olan marağı bir qədər azaltdı. Ancaq son vaxtlar yenidən rus bölmələrinə maraq və meyl artıb".

РЕКЛАМА

www.facebook.com

Подробнее
Native Video by Adributor

N.İsrafilov statistikanı xatırladaraq Bakı şəhəri üzrə rus bölməsinə üz tutan şagirdlərin sayının 17 faiz artdığını qeyd edir: "Bu artım müəyyən dairələrdə narahatlıq hissi yaradır. Ancaq mən bu məsələdə heç bir narahatlıq görmürəm. Bu, təbii prosesdir. Təbii prosesin qarşısını süni yollarla almaq olmaz. Çünki bizdə qarışıq ailələr var, əhalimizin müəyyən hissəsi Rusiya ilə bağlıdır. Digər tərəfdən, rus dili Tolstoyun, Dostoyevskinin dilidir. Rusiya ilə Türkiyə arasında zaman-zaman müharibələr olsa da, hazırda Türkiyədə ən çox oxunan rus dilidir". Ekspert rus dilinə marağın artmasını, həmçinin bu dildə ədəbiyyatın çoxluğu ilə əlaqələndirir: "Rus dilində ədəbiyyatın çox olması, Azərbaycan dilində kifayət qədər ədəbiyyatın olmaması, bizim dərsliklərdə müəyyən nöqsanların mövcudluğu da səbəblərdən biridir. Həmçinin ali məktəblərə qəbul məsələsində ödənişin çox olması kimi məsələlər valideynləri övladlarını Rusiyada oxutmağa istiqamətləndirir. Çünki müqayisədə Rusiyada ödənişli təhsil nisbətən daha ucuz başa gəlir. Bir qrup ailələr isə hesab edirlər ki, Azərbaycan bölmələrində tədris rus bölmələri ilə müqayisədə aşağı səviyyədədir".

Rus dilinin dünyaya çıxmaq üçün daha geniş imkanlar açdığını deyən ekspertin fikrincə, məsələdə inteqrasiya olmalıdır: "Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur. Rus bölmələrinə meylin artmasının səbəblərini araşdırmağa gəlincə, əsaslı təhlil aparılmalıdır. Əgər artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir".

Həm ingilis, həm də rus dili ilə rəqabət

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Buludxan Xəlilov məsələnin hansı tendensiya vəd etməsi ilə bağlı proqnoz yürütməyi düzgün hesab etməsə də, rusdilli təhsilə meylin artdığını istisna etmir: "Məsələnin nə vəd etdiyini söyləmək çətindir, çünki burada siyasi məqamlar və reallıqlar mövcuddur. Rusdilli təhsilə meyl təkcə Bakı şəhərində deyil, həmçinin regionlarda da artıb. Görünür, bunun müəyyən siyasi dayaqları var və yəqin ki, Rusiya ilə siyasi, iqtisadi əlaqələrimiz əsasında baş verir. Hər halda rus qrupları orta məktəblərdə artmağa başlayıb. Eyni zamanda, ali təhsil müəssisələrində də rus qruplarında təhsil alacaq tələbələrin sayının çoxalması meylləri baş qaldırır. Ola bilsin ki, yaşadığımız regionda rus dili və onun nüfuzu kimi məsələlər gündəmə gəlir".

B.Xəlilov rus dilində təhsilə meyli insanların əlaqə qurmaq üçün rus dilindən vasitəçi dil kimi daha rahat istifadə edə və ondan faydalana biləcəyi ilə əlaqələndirir: "MDB məkanında təhsil alan abituriyentlərimiz rus dilində təhsil alırlar. Bu da rus dilinin imkanlarının orta məktəblərdə gücləndirilməsinə, rus bölmələrinin artırılmasına və rus dilinin təhsil dili kimi nüfuzunun artmasına imkan yaradır". Rus dilində təhsilə meylin Ana dilimizə təhlükə yaradıb-yaratmamasına gəlincə, filoloq hesab edir ki, bu gün bizim dilimiz həm ingilis dili, həm də rus dili ilə rəqabətdədir: "Amma ingilis dilinə və rus dilinə üstünlük vermək bizim dilimizin nüfuzuna xələl gətirmir. Bütün hallarda bu proses nəyinsə hesabına baş verməlidir. Yəni orta məktəblərdə rus bölmələri artırsa, bu, Azərbaycan bölməsinin azalması hesabına olacaq. Hər bir orta məktəbin maddi-texniki bazası, siniflərinin, müəllimlərinin sayı, nəhayət tutumu var. Əgər rus bölməsi artırsa, bu, Azərbaycan bölmələrinin imkanlarını təbii ki, əlindən alacaq. Yəni müəllim kontingentini də, ştatı da, auditoriya fondunu da, maddi-texniki bazanı da alacaq, Azərbaycan bölməsinin dərs saatları da aşağı düşəcək. Bu amillərin dilimizin öyrənilməsinə mənfi təsir göstərə biləcəyi faktdır".

Bütün hallarda övladının əlindən tutub onu birinci sinfə aparan valideyn yüz ölçüb-bir biçməlidir. Müasir dünyanın tələbləri ilə milli dəyərlərə söykənən təhsil arasında qızıl ortanı tapmaq, yəqin ki, bu günün şagirdi, sabahın isə yetkin vətəndaşı olacaq uşaqlarımız üçün ən yaxşı yol olardı.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az