
İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
Bu, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.
Məlumata görə düşmən mərmisinin partlaması nəticəsində daha bir kənd sakini ağır yaralanıb.
(Virtualaz.org)

























