• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
14-05-2020, 13:19

İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var

İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var

Karantin rejimi uzandıqca nigarançılığımız da artır. Çünki COVİD-19 pandemiyası təkcə sosial problem deyil, həm də iqtisadi bəladır. Dünyanın özündən deyən ölkəsi bu bəlanın gətirdiyi iqtisadi təlatümlər qarşısında aciz qalır. Azərbaycan iqtisadiyyatı da ötən 2 ayda bu bəladan az zərər görməyib.

İqtisadiyyat Nazirliyinin ikin rəyinə görə COVİD-19 hər ötən gün Ümumdaxili məhsulumuza 100-120 milyon manat civarında ziyan vurur. Deməli, ötən dövrdəki ziyanlarımız ən azı 7 rəqəmlə ifadə olunur. Bu isə yaxşı əlamət deyil. Nəzərə alsaq ki, bu vəziyyət ən azı 20 gün də davam edəcək. Onda ciddi narahatlığa əsas yaranır. Hələ onu demirəm ki, karantin rejimi ləgv olunan kimi bütün iqtisadi əlaqələrin bərpası həmən mümkün olmayacaq. Bu da xeyli vaxt aparacaq. Nəzərə alsaq ki, biz aqrar ölkəsiyik, ixrac əməliyyatlarında neftdən sonra ikinci yeri kənd təsərrüfatı məhsulları tutur, əhalinin 70 faizi regionlarda yaşayır. Onda bu vəziyyətdə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük yük düşür.

Ölkənin ərzaq təhlükəsizliyində də bu Nazirliyin öhdəlikləri böyükdür. Belə bir məsul dövrdə aqrar sektoru tənəzzüldən xilas etmək və radikal islahatlar hesabına dəyə biləcək ziyanları minimuma endirmək üçün Nazirliyin atdığı addımları izləmək istədim. Bunun üçün ilk baş vurduğum ünvan Nazirliyin aqro.gov.az portalı oldu. Lakin istədiyim, daha doğrusu arzuladığım informasiyanı bu ünvandan ala bilmədim. İllik tədbirlərinin icrasından başqa yeni bir xəbər tapmadım. Maraq üçün ötən ilin yekun hesabatına baxdım. Bəlli oldu ki, 2018-2019-cu illərlə müqayisədə pambıq istehsalı 24,5 faiz, şəkər çuğunduru istehsalı 14 faiz, tütün istehsalı 8 faiz, kartof istehsalı 4 faiz, ən nəhayət strateji məhsul sayılan buğda istehsalı 1,2 faiz azalıb.

Maraq üçün Dövlət Gömrük Komitəsinin customs.gov.az portalına baş vurdum. Məlum oldu ki, əsas qida məhsullarına, eləcə də meyvə-tərəvəzə olan ehtiyacımızın xeyli hissəsi hələ də idxal hesabına ödənilir. Ən pisi də odur ki, idxal olunan məhsullarının həcmi ilbəil artır. Belə ki, 2018-ci ildə ölkəmizə 1 milyon 80 min ton buğda gətirilib. Ötən il isə bu rəqəm 1 milyon 585 min ton olub. Birdən-birə idxal 50 faizdən çox artıb. Yerli istehsalda isə elə bir müsbət dəyişiklik görünmür. Belə ki, 2018-ci ildə respublikamızda 2 milyon 42 min ton buğda istehsal edildiyi halda, ötən il bu rəqəm 2 milyon 217 min ton olub. Bir ildə yerli istehsalda artım cəmi 10 faiz olduğu halda, idxalda bu rəqəm 50 faizdir. Bundan başqa 2018-ci ildə ölkəmizə 47 min 399 ton, 2019-cu ildə isə 51 min 546 ton ət idxal edilib. İdxalda son bir ildə 10 faiz artım olub. Ölkəmizdə isə 2018-ci ildə 556 min ton, ötən il isə 573 min ton ət istehsal olub. Artım cəmi 3 faiz. Meyvə-tərəvəzi götürək. 2018-ci ildə 303 min 2 ton,2019-cu ildə isə 345 min 741 ton meyvə tərəvəz idxal olunub. Fərq 17 faizdən çoxdur. Təəssüflə deyək ki, aqrar sektorda son iki ildə elə bir əsaslı inkişaf qeydə alınmayıb.

Əksinə son iki il torpaq sahibləri üçün çox ağrılı keçib. Belə ki, bir-neçə il qabaq ölkə başçısı hökumətə ölkənin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına ödəmək və ixrac yönümlü məhsul istehsalını artırmaq tapşırığı verdi. Bunun üçün bir sıra təkliflər də oldu. Həmin təkliflərdən biri də dövriyyədən kənarda qalan torpaqları təkrar istehsala cəlb etmək vəzifəsi idi. Bu vəzifə Kənd Təsərrüfatı Nazirliyini, Dövlət Əmlak Komitəsinin və yerli icra hakimiyyətlərinə tapşırıldı. Lakin ölkə başçısının tapşırıqları bu srtukturlarda çalışan bəzi işbazların korporativ maraqlarından uzağa getmədi.

Rayon İcra Hakimiyyəti başçıları qılınclarını sıyırıb düşdülər iri torpaq sahiblərinin canına. Kimlərinsə xoşluqla, kimlərinsə zorluqla torpaqları əllərindən alındı. Alınan torpaqlarsa icra başçılarının yeni qazanc mənbəyinə çevrildi. Bu torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturlarının dəstəyi ilə icra başçıları üçün əkilib, becərildi. Yəni əkin üçün lazım olan gübrə, toxum, texnika və digər ehtiyaclar aqroservislərin və yerlərdəki xırda məmurların hesabına ödənildi. Məsələn, ötən ilin taxıl biçini zamanı yerlərdə ən çox narazılıq aqroservislərin yarıtmaz fəaliyyətindən oldu. Çünki aqroservis rəhbərləri əvvəlcə icra başçılarının torpaq sahələrində biçin aparırdılar. Yalnız bundan sonra digər müraciətlərə baxılırdı…

Son illərin digər bir problemi isə hazır məhsulun bazara çıxışı məsələsədir. Doğrudur, ənənəvi olaraq paytaxtda və Sumqayıtda mütəmadi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Lakin bu yarmarkalara çıxarılan məhsullar əsasən inzibati yolla əldə olunur. Yəni bu məsələdə də çox vaxt istehsalçı kənarda qalır. Bütün bu məsələlərdə ən çox təəssüf doğuran məqam odur ki, iki il öncə nazir təyin olunan İnam Kərimova bəslənilən ümidləri doğrultmadı. Aqrar sektor son illər ən yaxşı halda yerində sayıb. Ona görə ki, aqrar sektora bu gün peşəkar yanaşma yoxdur. Dediyimin sübutu üçün tək bir faktı deyim. Bu gün Nazirliyin rəhbər strukturunda bir dənə də olsun kənd təsərrüfatı mütəxəssisi yoxdur.

Nazir İnam Kərimov və nazir müavini İlhamə Qədimova ixtisasca hüquqşünasdırlar. Nazir müavini İlham Quliyev ixtisasca inşaatçıdır. Başqa bir müavin Elçin Zeynalov isə neft mühəndisidir. Bundan başqa Nazirliyin tabeçiliyindəki Aqrar Xidmətlər Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Aqrar kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin və digər qurumların rəhbərlərinin heç biri kənd təsərrüfatı mütəxəssisi deyil. Əksər rəhbər işçilər hüquqşünas və iqtisadçıdır. Hələ rayon aqrar inkişaf mərkəzlərinin rəhbərləri arasında ixtisasca müəllimlərin də olduğunu nəzərə alsaq bizə ancaq təəssüflənmək qalır. //konkret.az//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az