• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-05-2020, 17:41

Həbslər Gəncəyə qədər uzana bilər... - İTTİHAM

Həbslər Gəncəyə qədər uzana bilər... - İTTİHAM

Son bir neçə ay içində Azərbaycanda İcra Hakimiyyəti başçılıranın ardıcıl həbsi ətrafında dolaşan söhbətlər dünyanı bürümüş koronaviris pandemiyası təhlükəsi barədə yayılan qorxulu xəbərləri ölkə əhalisinə hardasa unutdurdu.Hətta koronavirus mövzüsu artıq ikinci plana keçib və Azərbaycan əhalisi bu gün İcra başçılarının iş otaqlarından çıxan, seyflərində və evlərində gizlətdikləri pullar barədə təəccüblərini gizləyə bilmirlər.Sanki həmin pulları özləri,öz əlləri ilə verməyibmişlər kimi.

Məlum olduğu kimi məmurların həbs dalğası artıq Mədəniyyət Nazırliyinin koridorlarına da sıçrayıb.Bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri və elektron media resursları tərəfindən Mədəniyyət Nazirliyinin səlahiyyətli şəxslərinin müxtəlif çirkli yollarla mənimsədikləri dövlət vəsaitləri barədə yepyeni xəbərlər paylaşılır.İcra Hakimiyyəti sistemində Ağstafadan başlayan dalğa hələlik İmişlidə səngiyib.Fırtınanaın hansı rayonda davam etdiriləcəyi hələlik heç bir kimə məlum deyil. Amma Mədəniyyət Nazirliyinindəki həbs dalğasının tezliklə bir çox rayonlara keçəcəyi gözlənilir. Aktualinfo.org-a verilən məlumatlara görə həbs olunmuş nazir müavini ilə idarə rəisi daha çox nazirliyin regional idarəliri ilə işbirliyində olublar.Bunlar kimlər ola bilər?

Təbii ki, Bakıdan sonra ikinci, ya da üçüncü böyük regional mərkəz hesab edilən Gəncə Regional Mədəniyyət İdarəsi. Qeyd edək ki, 2017-ci ildə Mədəniyyət Nazirliyində struktur dəyişiklikləri ilə əlaqədar Regional Mədəniyyət İdarələri yaradıldıqda Xocalı,Kəlbəcər,Samux, Goranboy rayonlarının,Naftalan və Gəncə şəhərlərinin mədəniyyət sistemi birləşdirilərək Gəncə Regional Mədəniyyət İdarəsinin tabeçiliyinə verilib.Sözügedən bu qurumlar bir növ rayon Mədəniyyət İdarələrində yerli İcra Hakimiyyəti orqanları tərəfindən mədəniyyət sahəsinə ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alınması,ondan səmərəli şəkildə istifadə olunması məqsədi ilə yaradılmışdı.

Nazirlik tərəfindən olunan bu struktur dəyişiklikləri özünü nə dərəcədə doğrultu, deyə bilmərik. Amma bu sahəyə ayrılan dövlət vəsaitlərinin bir ələ cəmləşməsinə geniş imkanlar açmış olduğunu deyə bilərik. Götürək elə sözügedən Gəncə Regional Mədəniyyət İdarəsini. Gəncə Azərbaycanıın ən qədim mədəniyyət ocaqlarından biridir.Burada qədim, tarixi mədəniyyət abidələrinin saxlanılmasına, bərpa olunmasına il ərzində külli miqdarda vəsaitlər ayrılır. Goranboy, Samux və Nafalana da həmçinin.Torpaqları və mədəni irsi erməni tapdağı altında olan Xocalı və Kəlbəcər rayonlarını da buraya əlavə etmiş olsaq il ərzində idarəyə ayrılmış vəsaitləri hardasa təxmin etmək olar.

Sənan Hacıyevi isə oxuculara tanıtmağa ehtiyac yoxdu.Onun ulduzu 2011-ci ildə Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasıından sonra parlamağa başlayıb. 2006-2011-ci illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində direktoru işləmiş Sənan Hacıyev sabiq başçının təqdimatı ilə 2011-ci ildə Gəncə şəhər Mədəniyyət və Turizim İdarəsinin rəisi vəzifəsinə gətirilir.2017-ci ildə nazirlikdəki struktur dəyişiklikləri ilə əlaqədar Gəncə Regional Mədəniyyət İdarəsi yaradıldıqdan sonra Xocalı,Kəlbəcər,Samux, Goranboy rayonlarının,Naftalan və Gəncə şəhərlərinin mədəniyyət sisteminin başına təyin olunur. Sözügedən rayon və şəhərlərin ərazilərində yerləşən mədəniyyət ocaqlarının sayı bizlərə tam bəlli deyil. Həmçinin bu rayon və şəhərlərin ərizilərində yerləşən kitabxana, muzey,mədəniyyət mərkəzi, klub,teatr,mədəniyyət evləri,musiqi, incəsənət məktəbləri, qoruq və parklarda çalışan işçilərin sayı da bizlərə tam bəlli deyil.Amma Sənan Hacıyevin rəhbərliyi altında Gəncə Regional mədəniyyət İdarəsidə və ona tabeli rayon şobələrində qanunsuzluqların baş alıb getməsi barədə Aktualinfo.org-da kifayət qədər ciddi məlumatlar var. Qeyd edək ki,Sənan Hacıyevin barəsində bu günə qədər çox yazılıb.İnternet üzərindən axtarışa verdikdə istər elektron informasiya resurslarında,istrsə də sosial şəbəkələrdə Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyətində yol verilmiş nöqsanlar barədə bir çox məlumatlara rast gəlmək mümkündür.

Aktualinfo.org bu kimi məlumatlara bir daha qayıtmaq istəmir.Lakin idarə tərəfindən keçirilmiş,müdirlərin bu gün üçün əsas gəlir mənbəyi sayılan bir neçə tender prosedurunu oxucuların diqqətinə çatdırmaq istəyir. Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən elan olunmuş tenderlərin bir çoxunda “Aysberq SH” Məhdud Məsuliyyətli Cəmiyyət qalib olub. Məsələn Regional İdarə sözügedən MMC ilə 22.05.2019-cu ildə, sair xərclər üzrə 60994.2 manat, digər maşın və avadanlıqların, yumşaq inventarların,idarənin xərcləri üzrə 49855 manat, 29.04.2019-cu ildə dəftərxana və təsərrüfat malları və bərk inventarlar üzrə 50951.81 manat,avadanlıqlar üzrə isə 75914.12 manat, 07.05.2019-cu ildə idarənin xərcləri üzrə 30432.2 manat, yumşaq inventar üzrə isə 24909 manat dəyərində müqavilələr bağlamışdır.

Qeyd edək ki, “AYSBERQ SH” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat, hüquqi ünvanı Binəqədi rayonu Cavadxan 51 olan MMC-nin qanuni təmsilçisi Mirzəyev Şahlar Qərib oğludur. Qeyd edək ki, son illər qərb bölgəsində bir çox tenderlərin qalibi olan MMC-nin yüksək vəzifəli şəxslərdən birinə aid edildiyi bildirilir.

Bundan başqa Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən 15.11.2019-cu il tarixdə mətbəə xərci üzrə 15224 manat dəyərində “RƏBUNƏ” MMC ilə(nizamnamə kapitalı 4 manat,qanuni təmsilçisi Məmmədova Ənubər Qəzənfər qızı), 09.11.2019-cu ildə kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclərin satınalınması üzrə 27796.47 manat dəyərində “YO-TQ” MMC ilə,(HAŞİYƏ: nizamnamə kapitalı 10 manat,qanuni təmsilçisi Səfərov Yunis Məmməd oğlu olan MMC-nin hüquqi ünvanı Goranboy rayonu, Xanqərvənd kəndi göstərilib.Gəncə Regional Mədəniyyət İdarəsinin keçirdiyi başqa bir tender prosedururunda isə Yunis Səfərov Məmməd oğlu 10 manat nizamnamə kapitalı olan “Yunisoğlu” MMC-nin qanuni təmsilçisi olduğu göstərilir.Hüquqi ünvanı isə Gəncə şəhəri, M.Y.Axundzadə, ev 43 1-ci döngə ünvanında qeydiyyata alındığı qeyd olunub) 30.09.2019-cu ildə odun yanacağının satınalınması üzrə 34650 manat dəyərində”Şahlar-M Optimal” MMC ilə (nizamnamə kapitalı 10 manat,qanuni təmsilçisi isə Zeynalov Marif Yunis oğludur),31.07.2019-cu ildə əsaslı təmir işlərinin satınalınması üzrə 94880.72 manat dəyərində “FNC-Universal” MMC ilə(nizamnamə kapitalı 20 manat,qanuni təmsilçisi İsayev Bəhlul Calal oğludur), 18.06.2019-cu ildə elan olunmuş açıq tenderdə isə 134850 manat dəyərində “Xumar 98″ firması ilə müqavilələr bağlanılmışdır.Qeyd edək ki,”Xumar 98” firması 04.09.1998-ci ildə Ağdam rayon Vergilər İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Ağdam rayonunun Quzanlı kəndi olan firmanın nizamnamə kapitalı 3511.20 manat,qanuni təmsilçisi Allahverdiyev Nizami Nüsrət oğludur. Sözügedən firmanın Mədəniyyət Nazirliyinin Biləsuvar, Kürdəmir və Gəncə Regional Mədəniyyət İdarələrinin elan etdiyi bir çox tenderlərin qalibi olması barədə məlumatlar var. Qeyd edək ki,ancaq Mədəniyyət Nazirliyinin xətti ilə elan olunan tenderlərdə.Bu da firmanın Mədəniyyət Nazirliyindəki yüksək vəzifəlilərdən birinə bağlı olduğunu göstərir.

Aktualinfo.org oxucuların diqqətinə xüsusilə çatdırmaq istəyir ki,yuxarıda göstərilənlər Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən son dövrlər elan olunmuş,dəyəri aşağı qiymətlərlə ölçülən tenderlərin bir qismidir. İdarə daha böyük işlərin satınalmaları üçün keçirilən tender prosedurlarıını ictimaiyyətdən gizlətmiş və beləliklə də külli miqdarda dövlət vəsaitlərin talanmasına şərait yaratmışdır. Təbii ki,bütün bunların başında isə Sənan Hacıyev və Mədəniyyət Nazirliyinin rəsmiləri olmuşdur.Sənan Hacıyevin kiçik məbləğdə elan etdiyi tenderlərin bir qismini biz göstərdik, böyük məbləğdə olan tenderlərə ayrıılmış dövlət vəsaitlərini isə yəqın ki,əməliyyatçılar açıqlayacaq.
Aktualinfo.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az