• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-01-2018, 16:42

Alı Alıyevin “15 dekabr” qorxusu

Alı Alıyevin “15 dekabr” qorxusu
Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, korrupsiya, sahibkarlığa vurulan zərbə, özəl sektorun məhvi
İcra başçısı üçün geriyə dönüşü olmayan mərhələ başlanır

Dünyada son illərdə baş verən siyasi-iqtisadi proseslər fonunda Azərbaycanın da ictimai-siyasi həyatında tam fərqli bir dönəm başlandı. Postneft dövründə ölkənin təkcə iqtisadiyyatı deyil, eləcə də siyasi həyatında islahatlar proqramı həyata keçirilməyə başlandı. İki il əvvəl Azərbaycan iqtisadiyyatının neft gəlirlərdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafına dair tədbirlər planı hazırlandı və xüsusilə də aqrar rayonların icra başçıları qarşısına bununla bağlı xüsusi tapşırıqlar qoyuldu.

Yeni dönəmdə xüsusilə büdcəni rayonlara ayrılan dotasıyadan və "yeyintilərindən" azad etmək üçün kənardan investisiya cəlb edilməsinə xüsusi diqqət ayrıldı. Ötən müddətdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər qalmaqdadır.

Prezident İlham Əliyev bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışaraq icra başçıları qarşısında konkret müddət qoydu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məhsuliyyət daşımırlar: "Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var".

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. "İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək", deyə, prezident xəbərdarlıq etmişdi.

Rubrika.az-ın “Gündəm Xəbər”ə istiandən əldə etdiyi məlumata görə “15 dekabr arayışında” adı qara siyahıda olan icra başçılarından biri də Füzulinin icra başçısı Alı Alıyevdir. Son illər haqqında şikayətlərin ardı-arası kəsilməyən, adı müxtəlif korrupsiya qalmaqallarında çəkilən, xüsusilə rayonda sahibkarlara divan tutduğu üçün daha çox tənqid olunan Alı Alıyevin bu dəfə cəzalandırılacağı şübhə doğurmur.

Xatırladaq ki, icra başçısının iş adamlarına divan tutması, sahibkarlığın inkişafı məqsədilə ayrılan subsidiyaların mənimsəməsi barəsində hələ illər öncədən medyada çoxsaylı informasiyalar yayılır. Həmin məlumatlarda Füzuli rayonuna ayrılmış milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi, əvəzində isə kənd təsərrüfatının kağız üstündə inkişaf etdirildiyi öz əksini tapıb.

A.Alıyev rayonda əkilən arpa və buğdadan qeyri qanuni yolla milyonlarla vəsait əldə etdiyi də verilən məlumatlar sırasındadır.

Bildirilir ki, biçilmiş arpa və buğdanın itkisiz yığılması üçün “operativ qərargah” yaradılır. Taxıl biçilib sahədən gələn kimi ucuz qiymətə nəğd pulunu ödəyib 13-15 qəpiyə alır, dövlətə 25 qəpiyə satırlar. 100 tonlarla arpa və buğdanın qiymətindən xeyli miqdarda vəsait əldə edilir. Beləliklə də Füzuli camaatının 1001 əziyyətlə və zəhmətlə başa gətirdiyi məhsul icra başçısı və adamları tərəfindən mənimsənilir. Halbuki, süni maneələr yaradılmazsa kənd zəhmətkeşləri özləri daha çox qazanmaq imkanına malik olarlar.

Rayonda pambıq yığımının da ürəkaçan olmadığı barədə məlumat verilir. Pambıq yığımı ilə bağlı Statistika Komitəsinin oktyabrın 31-də açıqladığı rəsmi məlumatda da bunu bir daha təsdiq edir. Ölkə ərazisində 31 oktyabra qədər 44 min tondan artıq pambıq tədarük edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artım demək olsa da, Ağsu, Göyçay, Hacıqabul, Cəlilabad, eləcə də Füzuli rayonunda pambıq yığımında ən aşağı məhsuldarlıq qeydə alınıb.

Rayonda sahibkarların vəziyyəti də ürəkaçan deyil. Redaksiyamıza danışan rayon sakini bildirir ki, A.Alıyevin yerli sahibkarlara tutduğu divandan sonra heç kim cürət edib Füzuliyə yatırım etmir. Doğrudur, prezidentin çağırışından sonra bir neçə əslən rayondan olan sahibkar Füzulidə iş qurmaq istədi, amma onlara elə “toy” tutdular ki, güclə başlarını götürüb qaçdılar.

Xatırladaq ki, mütəmadi olaraq dövrü mətbuatda Füzulidən olan sahibkarların ölkə başçısına ünvanladığı şikayət məktubları dərc olunur. Yəqin ki, onları toplamaq mümkün olsaydı bir neçə cild “Şikayətnamə” əmələ gələrdi.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir. Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, Füzuli rayonu bu siyahıda da ilk pillələrdə qərar tutub.

Rayona rəhbərlik etdiyi müddət ərzində Füzulidə korrupsiyanın çiçəklənməsi üçün münbit şərait yaradan A.Alıyevin bu barədə olan dosyesi də zəngindir. Artıq onun üçün geri dönüşü olmayan bir dönəmin başlandığını söyləmək olar. Dekabra isə çox qalmayıb. Qışın soyuq nəfəsi duyulmaqdadır...

Akif

Rubrika.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az