
Etibarlı mənbənin nyus.az xəbər saytına verdiyi məlumata görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Rafiq Ədilovun göstərişi ilə, bir ay öncə işçiləri Masalıdakı bir neçə istirahət mərkəzlərində olub çöl aktı yazıblar. Amma çox təəssüflər olsun ki, çöl aktları idarədə ort-basdlr edilib.
Ekologiya müfəttişləri Masallıda iş adamı kimi tanınan, Yol Idarəsinin müdiri Xudayar Rəhimova məxsus "Rexo" istirahət mərkəzi, "Çənlibel", "Mənzərə, "Zirvə" və digər yerlərdə olub A4 üzərinə sənədləşmə aparsalar da, idarədə Rafiq müəllimin göstərişi və diqtəsi ilə bəziləri heç yazılmayıb, digər yerlərə isə yüngül bir sənəd yazılıb ki, ədı olsun ki, yazıldı. Məsələn , çimərlik hovuzları, yeni tikililər və s. ört-basdır edilib.
Növbəti yazılarımızda geniş məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
Nyus.Az

























