
İkimərtəbəli obyektin üzərində əlavə tikinti aparılır...
Nyus.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər yaşayış evlərinin yaxınlığındakı obyektin üzərində görülən işlərin rəsmi icazə aparıldığını deyirlər.
Sakinlərin sözlərinə görə, əlavə mərtəbənin tikintisi zamanı təhlükəsizlik və tikinti normalarına əməl olunmur.
Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə monitorinq keçirilib. Monitorinq zamanı Xırdalan şəhərində Qalayçiyev Amit Əhma oğlu tərəfindən qanunsuz bina üzərində əlavə mansard mərtəbəsinin tikintisinin aparıldığı müəyyən edilib. Tikinti işlərinin heç bir icazə sənədi olmadan həyata keçirildiyi aşkarlanıb. Aşkar edilmiş pozuntu ilə bağlı vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara məlumat göndərilib. Hazırda məsələnin qanunvericiliyə uyğun olaraq araşdırılması gözlənilir.
Nyus.Az

























