• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-07-2026, 10:37

ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri

ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri


Təhsil Nazirliyinin (ETN) Daxili Nəzarət və Audit şöbələrinin regional idarədə keçirdiyi yoxlamaların yekun AKT-ı redaksiyamıza daxil olub. Sənəddə təhsil sistemindəki kadr islahatlarına kölgə salan, rəsmi sənədlərin və imtahan protokollarının məqsədli şəkildə saxtalaşdırılmasını sübut edən tükürpədici faktlar yer alıb.

Rəsmi akta əsasən, 01 noyabr 2024-cü il tarixindən etibarən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Elçin Vaqif oğlu Kərimov və digər vəzifəli şəxslər araşdırma dövründə idarənin fəaliyyətində baş verən bütün hüquqpozmalara görə birbaşa məsuliyyət daşıyırlar.

Yoxlama zamanı aşkarlanan və təhsilimizə rəhbərlik edənlərin "göz yumduğu" əsas qanunsuzluqları təqdim edirik:
1. İmtahandan kəsilənlərin protokolları məqsədli şəkildə dəyişdirilib (Saxtakarlıq)

Aktın bəlkə də ən rüsvayçı məqamı idarənin təşkil etdiyi müsabiqələrlə bağlıdır. Sənəddə açıq şəkildə qeyd olunur ki, idarə tərəfindən keçirilən müsabiqələrdə minimum keçid balını toplaya bilməyən və uğursuz nəticə göstərən şəxslərin qiymətləndirmə və müsahibə protokolları məqsədli şəkildə dəyişdirilib! Bu yolla imtahandan kəsilən 5 nəfər (V.Əsgərova, A.Həsənova, L.Abışova, L.Əliyeva, S.Məmmədova) və daha 2 nəfər (İlahə İsmayılova və Tərgül Məmmədova) müxtəlif məktəblərə qanunsuz olaraq direktor və direktor müavini təyin ediliblər. İmtahan protokollarının saxtalaşdırılması yazılı izahatlarla da təsdiqini tapıb.

2. MİQ-dən kənar qanunsuz fəaliyyət və stajı olmayanların irəli çəkilməsi

Qəhrəmanova Nərminə İlham qızı: Heç bir pedaqoji stajı (tələb olunan 3 illik staj yoxdur) və ümumi təhsil müəssisəsində müəllim kimi fəaliyyəti olmadığı halda, Vahid Tarif-İxtisas Sorğu Kitabçasının tələblərinə zidd olaraq uşaq birliyi rəhbərliyindən birbaşa Gəncə şəhər 42 nömrəli məktəbə təşkilatçı vəzifəsinə təyin edilib. Üstəlik, bu şəxs MİQ-dən (Müəllimlərin İşə Qəbulu) kənar qanunsuz müəllimlik fəaliyyətinə də cəlb olunub.
Eldarova Humay Məharət qızı: Samux rayonu Tatlı kənd məktəbində laborant işlədiyi halda, qaydalara zidd olaraq Sarıkamış kənd məktəbinə təşkilatçı, daha sonra isə heç bir əsas olmadan təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə rotasiya edilib.

3. Nazirliyin qaydalarında nəzərdə tutulmayan qanunsuz rotasiyalar

Elm və Təhsil Nazirliyinin müvafiq qaydalarında direktor müavinlərinin rotasiyası (yerdəyişməsi) nəzərdə tutulmadığı halda, Regional İdarə daxili əmrlərlə qanunsuz kadr yerdəyişmələri həyata keçirib:
Gəncə şəhər 32 nömrəli məktəbin təşkilatçısı Tağı-zadə Səidə Musa qızı qanunsuz olaraq Ş.İ.Xətai adına 13 nömrəli məktəbə direktor müavini təyin edilib.
Eyni üsulla, informatika müəllimi olan Abbasova Laçın Şəmşi qızı qaydaları bypass edərək N.Gəncəvi adına Sərkar kənd tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini qoyulub.

4. Müsabiqədənkənar təyinatlar və müqavilə müddətinin qanunsuz uzadılması

Gəncə şəhər 19 nömrəli məktəbin ibtidai sinif müəllimi Axundova Fəxriyyə Faiq qızı, regional idarənin rəhbərliyinin "müvafiq dərkənarı" əsasında müsabiqədənkənar və tam qanunsuz şəkildə 30 nömrəli məktəbə direktor müavini təyin edilib. Daha sonra isə daxili əmrlə onun əmək müqaviləsinin müddəti qanunsuz olaraq uzadılıb.

Nazirliyin rəsmi müfəttişlərinin və daxili nəzarət qrupunun imzaladığı bu AKT Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şəffaflığın, MİQ imtahanlarının və qanunun rəsmən tapdalandığını göstərir. İmtahandan kəsilənlərin protokollarını dəyişdirib onlara vəzifə paylayan, laborantı və uşaq birliyi rəhbərini qanunsuz yollarla direktor müavini edən bu sistemin başında duran şəxs – idarə müdiri Elçin Kərimovdur.(Tehsilmedia.info)

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az