• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
  • 23-10-2026 Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • 23-10-2026 Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə: Gəlirlər və xərclər açıqlanıb
  • 23-10-2026 Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
  • 23-10-2026 Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - VİDEO
  • 23-10-2026 Xırdalanda evlər ucuzlaşıb - VİDEO
  • 23-10-2026 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
  • 23-10-2026 Zelenski müsahibə zamanı ağladı - VİDEO
  • 23-10-2026 Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
  • 23-10-2026 Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
  • 23-10-2026 Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir

XƏBƏRLƏR

    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
24-01-2026, 10:23

Sumqayıtda “alma davası”nın pərdəarxası – Əhmədalıyevin 10 minə ev 50 minə obyekt qapısı "HƏSİ

Sumqayıtda “alma davası”nın pərdəarxası – Əhmədalıyevin 10 minə ev 50 minə obyekt qapısı "HƏSİ


Sumqayıt şəhərində son günlər baş verən hadisələr ictimaiyyətin diqqətini çəkib. Şəhərin mərkəzind
ə, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsi sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaradıb.
Sosial şəbəkələrdə yayılan kadrlardan da görünürdü ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlov reyd zamanı xüsusilə fəallıq göstərib, bu əməliyyatı son dərəcə qaba şəkildə həyata keçirib. Reydin arxasında konkret göstəriş olduğu bildirilir – mağazaların qarşısından ticarətin yığışdırılması tapşırığı verilmişdi.

Eyni zamanda Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinə də oxşar tapşırıq çatdırılıb və nəticədə 10 ilə yaxın fəaliyyətdə olan köşklərin sökülməsi gerçəkləşib.

Maraqlıdır ki, sözügedən köşklər illərdir rəsmi şəkildə fəaliyyət göstərib və müxtəlif dövrlərdə icra strukturlarına ödənişlər olunub. Hər köşk üçün əvvəlcə 2 min manat ödəniş mövcud olub, 2026-cı ildən isə bu məbləğ artırılıb.

Hadisə yalnız reydlə bitmir. Məlumatlara görə, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir. Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var.

Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var.

Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. “Volkswagen Passat” markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota Camry” markalı maşınına bağlayıb.

Şəhər sakinləri və sahibkarlar iddia edirlər ki, uzun müddət passiv qalan icra strukturları qəfil hücuma keçərək mövcud ticarət obyektlərinə qarşı sərt addımlar atır. Reyd və müsadirələr ictimaiyyətin narazılığına səbəb olub və hüquqi nöqsanlar barədə suallar doğurur.

Maraqlıdır ki, “alma davası” əslində şəhərdə sahibkarlığa qarşı ciddi təzyiqlərin, qanunsuz ödənişlərin və vəzifə səlahiyyətlərinin sui-istifadəsi hallarını ortaya çıxarıb.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib. O, İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib. Samir Bədəlov isə reyd zamanı anlaşmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib. İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.Musavat.com

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az