• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
  • 23-10-2026 Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
7-03-2025, 12:12

İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır”

İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır”


Uzun müdət Bakının Suraxanı və Nərimanov kimi böyük rayonlarının icra başçısı olmuş İlqar Abbasov artıq 6 ilə yaxındır ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısıdır. İnternet axtarış sistemlərinə onun ad və soyadını yazmaq kifayətdir ki, Şirvan şəhər sakinlərinin saysız-hesabsız şikayətləri ortaya çıxsın.

Bu şikayətlərdə narazılıqlar ən çox İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədədi.

Aktualinfo.org İlqar Abbasovun kadrlarından sayılan, Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanovun rəhbərlik etdiyi qurumun dövlət satınalmalarında işbirliyi qurduğu şirkətlər ətrafında araşdırma aparıb. Araşdırmalarda Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə ciddi qanun pozuntularına yol verildiyi məlum olmuşdur. Bunlar nələrdən ibarətdir?

Əkin materiallarının satın alınması üzrə 09.05.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 6.467,58 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Xüsusi geyim və təsərrüfat alətlərinin satın alınması üzrə 06.04.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 6.875,15 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 11.186,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Sürtkü materiallarının satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 2.736,42 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Qeyd edək ki, “KRİSTAL-LM” MMC 2024-cü ildə Şirvan şəhərində bir neçə dövlət qurumları tərəfindən keçirilmiş ayrı ayrı lotlar üzrə 9 müqavilə bağlamışdır. Bu da MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu ehtimalı artırır.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KRİSTAL-LM” MMC (VÖEN 2100694871 ) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 13.01.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, 1 MAY, ev 112 A -da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrəhimova Könül Balaeyvaz qızıdır. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rütəmov Əlibala Cəfər oğlu olub.

Qeyd edək ki, Rütəmov Əlibala Cəfər oğlu həm də Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2023-cü ildə satınalma müqaviləsi bağladığı “TƏCHİZAT-24” MMC-nin qanuni təmsilçisidir.

Bundan əlavə Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2022-ci ildə iki satınalma müqaviləsi bağladığı “TƏCHİZAT CİTY” MMC Şirvan şəhərində “KRİSTAL-LM” MMC ilə eyni ünvanda 1 MAY, ev 112 A -da yerləşir ki, bu MMC-lərin də bir nəfər, Rütəmov Əlibala Cəfər oğlu tərəfindən idarə olunması ehtimalını artırır.

Göründüyü kimi Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası 2022-ci ildən sonra dövlət satınalmalarında Şirvan şəhərində bir nəfər tərəfindən idarə olunan MMC-ləri qalib seçmişdir. Bu isə satınalmadan çox işbirliyi anlamına gəlir. Belə ki, Təsərrüfat İdarə kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, MMC-lərin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bu şübhələrin başında da təbii ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dayanır. Çünki, Rütəmov Əlibala Cəfər oğlunun qanuni təmsilçiləri olan bir neçə MMC-yə Şirvan şəhərində keç kim eninə-boluna şərait yaratmazdı. Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanova buradan nə qədər pay çatır baş mühasibi Oqtay Əliyev daha yaxşı bilər. Çünki, maliyyə işlərinə o baxır. Qurumun Satınalma Komissiyasının rəhbəri kimi mətbuatın sorğusuna da cavab verməyi lüzum bilmir. (Aktualinfo.org)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az