• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
17-07-2018, 07:30

Qazaxlılar bayrağın qədrini çox yaxşı bilir

Qazaxlılar bayrağın qədrini çox yaxşı bilir


Və yaxud bar verən ağaca daş atan adam...

Qəlbi naqis, xisləti böhtan olan insanın adəti belədir: həmişə bar verən ağaca daş atar, onun barını yerə tökməyə çalışar və çox qəribədir ki, bu nalayiq hərəkəti özünə fəxr bilər. Bu, tarixən belə olub və bu gün də davam edir. Amma... çox heyf.

Yazdığım atalar sözü deyəcəyim məsələ ilə sıx bağlıdır. Tanıyanlar bilir, mən 35 ildir ki, mətbuat sahəsində çalışıram və əməyim ən yüksək səviyyədə qiymətləndirilib. Bunu ona görə deyirəm ki, sizə təqdim etdiyim bu yazını jurnalist kimi deyil, doğulub boya-başa çatdığım, adı dillər əzbəri olmuş və bu gün yenə də gündəmdə olan Qazax haqqında yazılan iftiralara cavab olaraq yazıram. Və çalışacağam ki, öz fikirlərimi bir qazaxlı kimi sadə sözlərlə sizlərə çatdırım.

Elə bir qazaxlı kimi də son günlər “Babam mənə kor deyib, gələni, gedəni vur deyib” prinsipi ilə yazılmış və ağına-bozuna baxmadan başqa saytların da dərc etdikləri yazılar, daha doğrusu, böhtanlar məni əlimə qələm almağa vadar elədi. Çünki müəllifi olmayan bu cızma-qaralar cəfəngiyyatla o qədər doludur ki, onu oxuyub qurtarandan sonra adamın dilinə yalnız bir söz gəlir: AYIBDIR.

Qazax haqqında yazı yazmaq üçün zamanı varaqlamağa, 2 il bundan qabağa qayıtmağa ehtiyac var. Ona görə ehtiyac var ki, həmin vaxtla bu günü müqayisə edə bilək. 2016-cı ilin əvvələrinə nəzər salaq: İnamsızlıq, xaos, İcra Aparatında sakinlərin şikayətlərinə baxılmaması, adamların boş vədlərlə aldadılması, işsizlik, bütün sahələrdə rüşvətin tüğyan etməsi, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların haqlarının tapdalanması, kəndlərdə baş alıb gedən problemlər, qohumbazlıq, vətəndaş amilinin unudulması və daha nələr, nələr...

2016-cı ilin may ayının 19-dan sonra nə oldu? Nə baş verdi ki, birdən-birə hər şey dəyişdi? Qazaxda həyat başqa bir axara düşdü? İnsanlar, icra aparatı, idarələr, rayon sakinlərinə münasibət, bir sözlə, gördüyümüz və görə bilmədiklərimiz başdan-başa dəyişdi. Dəyişdi və insanlar rahat nəfəs alıb öz işləri, qayğıları ilə məşğul olmağa başladılar.

İnsanı zamanın məhsulu sayırlar. Əslində isə zamanı insan yaradır. Zaman insanın məhsuludur. Ən pis zamanda belə yaxşı, bacarıqlı, səriştəli insan zamanı dəyişir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kimi. Rəcəb müəllim öz tükənməz enerjisi, fəaliyyəti, tələbkarlığı, hümanistliyi, insanpərvərliyi, gecə-gündüz çalışmağı ilə Qazaxın zamanını dəyişdi. Və sonda Qazaxın özü dəyişdi. Qazax hamımızın çoxdan görmək istədiyimiz, arzusunda olduğumz Qazax oldu.

Bəzən deyirlər ki, İcra Başçısı Qazaxın əvvəlki şöhrətini özünə qaytarıb. Amma, mən bu fikirlərə bir qədər düzəliş etmək istəyirəm. Ona görə ki, Rəcəb Babaşov nəinki Qazaxın itirilmiş şöhrətini özünə qaytardı, bir az irəli gedərək əbədi yaşayacaq abidələr ucaltdı. Təyyarə aidə kompleksini ucaltdı, Şəhidlər Xiyabanını ucaltdı, Dilboz atını ucaltdı, necə kəndə yol çəkdirdi, necə kəndin su həsrətinə son qoydu, sərhəd kəndlərində düşmənin qarşısına sipər ucaltdı...Ucaltdı və özü də hər bir qazaxlının qəlbində ucaldı, insanların ürəyində özünə əbədi bir heykəl qoydu.

Rəcəb Babaşov bu hörməti rayonda rüşvətin kökünü birdəfəlik kəsməklə, şəhid ailələrinə, müharibə veteranlarına, məcburi köçkünlərə, kimsəsizlərə, ahıllara, ağsaqqallara, gənclərə, uşaqlara, bir sözlə, bütün rayon sakinlərinə və bütün təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğı ilə qazanıb. Rəcəb Babaşov bu hörməti rayonun bütün kəndlərində mütəmadi olaraq keçirdiyi görüşlərlə, sərhəd kəndlərində və bütün yaşayış məntəqələrində gördüyü işlərlə, qurub yaratdığı saysız-hesabsız binalarla, körpələrə yaratdığı şəraitlə, tikinti-quruculuq işləri ilə, ayağına çəkmə geyinib kənd təsərrüfatını inkişaf etdirməklə, İcra Hakimiyyəti binsasının qapılarını rayon sakinlərinin üzünə taybatay açmaqla, sahibkarlara, iş adamlarına münbit şərait yaratmaqla, müraciət edən hər bir vətəndaşın yanına, evinə getməklə, İcra Aparatında “Asan xidmət” yaratmaqla qazanıb.
Bir zaman rayon rəhbərliyinin qəbuluna düşmək, söz demək üçün aylarla ayaq döyürdülər icra hakimiyyətinə. Açılmayan bir qıfıla dönmüşdü bu ali dövlət idarəsi. Ya növbə çatmırdı, ya da növbə çatanda qəbul zamanı bitirdi. Min bir əziyyət bahasına qəbula düşəndə isə boş bir vəd verib yola salırdılar rayon sakinlərini. İndi isə gün ərzində səhərdən gecəyə qədər fasiləsiz olaraq vətəndaşlar rahat şəkildə qəbul edilir. İcra Başçısı rəsmi qəbul günündən, səyyar görüşlərdən başqa həftənin 3 günü, bəzən isə daha çox fərdi qəbullar keçirir. Hər kəsin ayrı-ayrılıqda problemləri dinləyib, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verir. Elə bu səbəbdən də insanlar rayon İcra Hakimiyyətinə, Rəcəb Babaşovla görüşə tələsirlər.

Daha kənd sakinlərinin onunla görüşmək üçün şəhərə gəlməsinə ehtiyac yoxdur. “Harda problem varsa, mən ordayam” deyən başçı özü onlarla görüşə gedir. O, hər gün bir deyil, bir neçə kənddə olaraq camaatla görüşlər keçirir. Ağsaqqalından tutmuş azyaşlısına qədər hər kəsin yaşayış şəraiti ilə maraqlanır, diqqət və qayğı göstərir. Elə bir mehribanlıqla, mərhəmətlə insanlara yanaşır ki, sanki onların ailə üzvlərindən biridir. Sanki bu torpaqda doğulub, buranın suyunu içib, havasını udub.

Bu gün Qazaxda elə bir sağlam mühit yaranıb ki, insanlar bu mühitdə sözün əsl mənasında qurub, tikib, yaradırlar. Hələ bu harasıdır. Rəcəb Babaşovun gəlişi ilə qazaxlılar necə deyərlər, torpağa qayıdıb. Tarixində heç zaman olmayan bir şəkildə torpaqlar əkilib, bir qarış olsun belə əkilməmiş torpaq qalmayıb.

“Şəhid ailəsi mənim öz ailəmdir”. Bu sözü Rəcəb Babaşov hər zaman deyir. Düşmənlə döyüşlərdə 285 şəhid verən, 7 Milli Qəhrəmanı olan bir rayonun rəhbəri elə bu cür də olmalıdır. Şəhid ailələrinə İcra Başçısının göstərdiyi diqqət və qayğını həmin ailələrin özləri çox yaxşı bilir və hər dəfə də minnətdarlıq edirlər. Ona görə minnətdarlıq edirlər ki, indi onlar İcra Başçısının timsalında dövlətin onların yanında olduğunu əyani şəkildə görür, bunu hər gün hiss edirlər.

Qəribədir, bu gün Qazaxda rayon sakinlərinin İcra Başçısına bir arzuları var: “Rəcəb müəllim, arzu edirik ki, siz 10 il, 15 il (hətta bu rəqəmi ömürlük edənlər də var) Qazaxın İcra Başçısı olasınız”. Bu arzu Rəcəb Babaşovun fəaliyyətinə xalq tərəfindən verilən ən böyük qiymətdir.
Çox təəssüf ki, günü-gündən inkişaf edib ölkəmizin ən abad və ən təmiz rayonlarından birinə çevrilən Qazaxın tərəqqisini gözü götürməyənlər də var. Fürsət ölüsü olan bu fürsətçilər öz xislətlərini həyata keçirmək üçün sanki pusquda durublar. Qazax haqqında pis fikir yaratmaq üçün fürsət axtarırlar.

Elə sonuncu böhtanın üzərində dayanmaq istəyirəm. Qazaxda son günlər fasiləsiz yağış yağmasından və güclü külək əsməsindən istifadə edən bu fürsətçilər indi də bayraq məsələsini ortaya atıblar. Onlara və onlara dəstək olanlara birmənalı şəkildə bildirmək istəyirəm ki, qazaxlılar bayrağın qədrini göx yaxşı bilirlər. Qazaxlılar dövlətə və dövlətçiliyə öz sevgi və məhəbbətləri ilə həmişə sadiq olmuşlar. Qazaxlılar heç bir kömək olmadan canlarını Vətən yolunda sipər etməklə, 285 şəhid verməklə bayrağa olan sevgilərini, etibarlarını öz əməli işləri ilə sübut etmişlər. Qazaxlılar torpaq yolunda, bayraq yolunda qan töküb canlarından keçmişlər. Qazaxlılar üçrəngli bayrağımızı adı dillər əzbəri olan Göyəzən dağının sirvəsinə sancıb düşmənə göz dağı vermişlər. Ona görə də adi bir təbiət hadisəsinindən istifadə edib qazaxlılara, onların İcra Başçısını böhtan atmaq ən azı günahdır.

Yazılası, deyiləsi məsələlər, məqamlar olduqca çoxdur. Amma son olaraq onu deyim ki, bu gün Qazax rayonunda həm mənəvi, həm maddi, həm də həqiqi mənada o qədər təmizlikdir ki, inanmıram ki, bar verən ağaca daş atmaq fikrində olan adam Qazaxda daş tapa bilsin. Yox, əgər belə bir fikirdə olan varsa, unutmasın ki, Qazaxa daş atmaq olmaz. Çünki Qazaxın dövlətinə, Prezidentinə sadiq insanları, Rəcəb Babaşov kimi xalq tərəfindən sevilən rəhbəri var.

Dərin hörmətlə,
Elçin İsmayıl,
şair-publisist

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az