[/center]İsmayıllıda yanğın hadisəsi baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb.
Rayon sakini Bəxtiyar İsmayıl oğlu İsmayılova məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb.
Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb.
Əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.
Digər tikililər yanğından mühafizə olunub.
Nyus.Az.

























