• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
6-05-2024, 11:25

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

[center]Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.[/center]

Direktor müavini diplomsuz, xadimələri ali təhsilli olan məktəb də varmış...

Yenixeber.org: Vəzifə sahiblərinin qohumbazlığı artıq təəccüb doğurmayacaq dərəcədə reallığa çevrilib. Hətta o dərəcədə ki, bunun əksi-hansısa səlahiyyət sahibinin qohumlarını, ailə üzvlərini “unutması” təəccüb doğura bilər. Təəssüf ki, bu acı reallıq təhsil müəssisələrindən də yan keçmir. Eyni ilə Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbdə olduğu kimi...

Bir oğurluğun izi ilə...

Redaksiyamıza Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin həyətyanı sahəsindən dəmir boruların oğurlanması və bu hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğunda müvafiq araşdırmaya başlanılması haqda məlumat daxil olub. İlk baxışdan sıradan bir kriminal hadisə kimi görünsə də, bu olay müəyyən özəllikləri ilə fərqlənir, maraq doğurur. Hadisədə diqqət çəkən ilk məqam oğurluğun bir təhsil ocağına məxsus ərazidə baş verməsidirsə, digər vacib məqam bu olayda məktəbin təsərrüfat işləri üzrə direktor müavini Zərbəliyev Müşfiq Əsgər oğlunun adının hallanmasıdır...

Bu sahəyə Müşfiq Zərbəliyevin direktor müavini kimi və oğulunun da məktəbdə gözətçi kimi məsul şəxs olması olayda fokuslaşdırıcı faktlar sayılır. Ki, bu səbəblərdən də, müxtəlif ziddiyyətli məlumatlar dolanır...

Amma, bu olayın ardınca Yenixeber.org-a Müşfiq Zərbəliyevlə bağlı daha da ilginc məlumatlar daxil oldu... Məlumata görə 26 ildən artıqdır ki, Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini icra edən Zərbəliyev Müşfiq Əsgər oğlunun nəinki ali təhsili, heç orta ixtisas təhsili belə yoxdur. Müşfiq müəllim həm də o qədər fərasət sahibidir ki, oğulu Kənan Zərbəliyevi və həyat yoldaşı Mayisə xanım Zərbəliyevanı da tabeçiliyində texniki işçilər kimi işlə təmin edə bilib... (Onu da qeyd edək ki, Kənan Zərbəliyev həm də rayondakı “Asfaltzavod”da işləyir(?) Red.)



Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatları ictimailəşdirmədən əvvəl- 09.04.2024-cü il tarixdə- aidiyyatı üzrə Göyçay Rayon Prokurorluğuna və Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimova rəsmi məktub ünvanladıq.

Bizimlə telefon danışığında Göyçay Rayon Prokuroru hörmətli Ramin Hüseynov məktubumuzu aldığını və araşdırılıb, Baş Prokurorluğun Mətbuat Xidmətinin xətti ilə cavablandırılacağını bildirdi. Elə Mərkəzi Aran Regional Təhsil İdarəsindən də bənzər cavab aldıq: Göyçay Rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov və Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin direktor əvəzi Elza xanım Cavadova da məlumatların araşdırılıb, cavablandırılacağını bildirdilər. Təəccüb, həm də təəssüf doğuran həqiqət odur ki, bu günə qədər heç bir instansiyadan cavab ala bilməmişik(?)

Yalnız bizimlə telefon danışığında Elza xanım dəmir boruların rayon Qaz İstismarı İdarəsi tərəfindən çıxarıldığını bildirdi və Müşfiq Zərbəliyevin diplomsuz olduğunu, qeyd etdiyimiz ailə üzvlərinin də məktəbdə işlədiyini dolayısı ilə etiraf etdi...

Müşfiq Zərbəliyevi dinləmək istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu.

Susqunluq maddı maraqdan qaynaqlanan da...

Xatırladaq ki, 1360-dan çox şagirdin təhsil aldığı Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin 200-ə yaxın işçi heyəti var. Bunlardan 32-si texniki işçilərdir, hansı ki, barəsində bəhs etdiyimiz Müşfiq Zərbəliyevin rəhbərliyi ilə çalışırlar. Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlarda texniki işçilər sırasında ali və orta ixtisas təhsil sahiblərinin olduğu da vurğulanır...

Təsəvvür edirsiniz, diplomsuz müdir və diplomlu heyət – xadimələr! Həm də, bir təhsil müəssisəsində bu reallığın acılıq dozası xəyal belə edilə bilməz.

Səhhətində ciddi problemləri olan, hətta əsa ilə hərəkət edən, təhsilsiz, vəzifəsində “öz qanunları”na üstünlük verən, küçə jarqonlarına həvəsli bir şəxsin indiyədək “gözdən-könüldən uzaq olması”, hətta himayə olunması belə hansı səbəblərdən qaynaqlanır? Bu vəzifədən ötrü ən azı müvafiq orta ixtisas təhsilinin vacib olmasını bilmirsinizmi? Əgər ali, yaxud orta ixtisas təhsili varsa, niyə diplomun surəti redaksiyamıza təqdim edilmir? Bu şəxsin vəzifəsindən sui-istifadə edərək oğulunu və həyat yoldaşını tabeçiliyində işlə təmin etməsi ilə bağlı məlumat niyə araşdırılmır? Məlum qanunlar qulaqardına vurularaq, bir media orqanının sorğusuna niyə cavab verilmir? Bu susqunluq hansı maraqlardan qaynaq alır? Və s.

Sözsüz ki, bu suallar Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimova ünvanlanıb. Hörmətli Emin və Elçin müəllimlər, yadınıza salım ki, sizin hər ay dövlətdən aldığınız maaş qarşılığında vəzifə borclarınız var... Marağınız isə, təhsilin keyfiyyətini yüksəltməkdən başqa bir nəsnə olmamalıdır!



Elçin Kərimov

Elçin Kərimovun kontoru isə xüsusi ilə başqa bir aləmdir: rəsmi bir yana, şifahi olaraq da, cavab almaq mümkünsüzdür(?) Ki, bu da ciddi şübhələrə yol açır!

Yazıda adları keçən şəxslərin cavab hqqını tanımaqla, mövzunu davam etdirməyə çalışacağıq.(Yenixeber.org)

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az