• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
  • 23-10-2026 Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
22-04-2024, 16:38

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR


Sumqayıtda şəhid xanımı tərəfindən inşa edilən obyektin tikintisi narazılıq doğurub.

Bir qrup şəhər sakini tərəfindən KONKRET.az-a daxil olan şikayət məktubunda bildirilir ki, Səməd Vurğun küçəsindəki parkda mövcud olan qeyri-yaşayış obyektinə yaxın ərazi zəbt edilərək, qanunsuz tikinti işləri aparılıb.

Sakinlər yeni tikilinin parkın ümumi görünüşünə və yaşıllıq zonasına xələl gətirdiyini, habelə insanların hərəkətinə maneçilik törətdiyini əsas gətirərək, məsələ ilə bağlı əlaqədar qurumların ölçü götürməsini xahiş edirlər.

Şikayəti araşdırmaq məqsədilə ərazidə olan əməkdaşımızın sözügedən parkda qarşılaşdığı mənzərə heç də ürəkaçan olmayıb. Müxbirimiz tikinti işlərinin parkın yaşıllıq zolağında aparıldığını və yeni obyektin çoxillik ağacların əhatəsində inşa olunduğunu müşahidə edib. (Məqalədə yer alan fotolardan da yaşıllıq zonasının zəbt edildiyi aydın görünür – red.).

Obyektin daxilində təmir işləri aparan ustalarla söhbət əsnasında məlum olub ki, artırma tipli yeni tikili Zeynəb adlı şəhid xanımına məxsusdur və deyilənə görə, tikintiyə icazə sənədləri tam qaydasındadır.

Məsələ ilə bağlı müraciət etdiyimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə sözügedən ərazidə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti aparıldığı bildirilib. Habelə memarlıq və şəhərsalma sahəsində aşkar olunmuş pozuntuların aradan qaldırılması, mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə komitə tərəfindən aidiyyəti qurumlara müvafiq məktublar ünvanlandığı qeyd edilib.

Faktla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyinə gəlincə, quruma ünvanladığımız sorğu cavablandırılmayıb. Bununla belə şübhə etmirik ki, qanunsuz tikintinin qarşısının alınması istiqamətində yerli icra hakimiyyəti orqanı tərəfindən lazımi addımlar atılacaq.

Xatırladaq ki, oxşar faktla bağlı redaksiyamıza ötən ilin yay aylarında da vətəndaşlar tərəfindən bir neçə dəfə müraciət olunmuş, məsələnin araşdırılması zamanı tikintinin uzun illərdir Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin Zeynəb xanım tərəfindən aparıldığı müəyyən edilmişdi (https://konkret.az/sehid-xanimina-mexsus-obyektin-tikintisi-naraziliq-dogurdu-sikayet-foto/). O vaxt da xanımın park ərazisində obyekt tikdirməsi sakinlər tərəfindən böyük narazılıqla qarşılanmışdı.

Qanunsuz tikintiyə cəhdin qarşısı müvafiq qurumlar tərəfindən bir neçə dəfə alınsa da, sonda o, park ərazisində ikimərtəbəli qeyri-yaşayış obyektinin inşasını tam olararq başa çatdıra bilmişdi. Görünən odur ki, Zeynəb xanım bütün hallarda şəhid ailəsi statusundan sui-istifadə edir və şəxsi maraqlarından ötrü hətta qanunvericiliyin tələblərini belə pozmaqdan çəkinmir. Bu yerdə xatırlatmaq istəyirik ki, dövlət şəhid ailələrinə xüsusi imtiyazlar təyin edir, onların sosial təminatı istiqamətində bütün zəruri addımları atır. Lakin bu həssas yanaşma, xüsusi diqqət və qayğı heç kəsə qanunlara “müqavimət göstərmək” üçün əsas vermir. Unutmaq lazım deyil ki, sosial statusundan asılı olmayaraq hər bir sahibkar qanun qarşısında bərabərhüquqludur və cəmiyyətə ziyan vurduğu təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaqdır

KONKRET.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq.









Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az