• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-04-2019, 13:14

Xəzərdə Böyükağa müəllimin “böyük işləri”

Xəzərdə Böyükağa müəllimin “böyük işləri”

Deyəsən Xəzərin sabiq icra başçısının qardaşı BŞİH-nin başçısı cənab Eldar Əzizova “əzələ nümayiş etdirir”
Bugünlərdə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində büdcə vəsaitlərinin müxtəlif adlar adı altında mənimsənilməsi, çoxsaylı qanunsuzluq hallarının tüğyan etməsi və digər xoşagəlməz olayların baş verməsi ilə bağlı Nyus.Az saytının redaksiyasına daxil olan silsilə məlumatları eşitdikcə, sanki şoka düşdük. Buna da səbəb o oldu ki, sən demə hal-hazırda birlikdə rəis vəzifəsini daşıyan Böyükağa müəllim, vəzifəsinin icrasına başladıqdan az sonra “böyük işlər”lə məşğul olmağa başlayır. Onu bildirək ki, bu şəxs Xəzərin sabiq icra başçısı Gülağa müəllimin dopdoğmaca qardaşıdır və qardaşı icra başçısı olarkən, o, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis müavini vəzifəsini daşıyırdı. Elə ki, Gülağa müəllim daşıdığı vəzifəsindən uzaqlaşdırıldı, o halda o, müxtəlif vasitələrdən istifadə etməklə birlikdə rəis vəzifəsinə sahiblənə bilir. Məhz, belə bir bağlılığın nəticəsidir ki, adı çəkilən bu şəxs düşündüyü, yaxud da atdığı addımları zamanı, hər zaman “yaşıl işıq”la üz-üzə qalır. Məsələn, əldə etdiyimiz digər məlumatlara görə Böyükağa müəllimə bağlılığı olan bir çox şirkətlər var ki, əksər hallarda həmin şirkətlər keçirilən tenderlərdə “qalib çıxırlar”. Yəni, məsələnim mahiyyəti ondan ibarətdir ki, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tabeçiyiyində fəaliyyət göstərən “JEK”lərin işçilərinə gödəkçələr, süpürgələr, lazımi texniki vasitələr və s. almaq adı altında, “qalib çıxmış” şirkətlərə pul köçürmələri həyata keçirir. Əslində isə, təmizlik işləri ilə məşğul olan “JEK” işçilərİ köhnə gödəkçələrlə iş başında olurlar, süpürgə və digər lazımi texniki vasitələrlə təminatları da lazımınca ödənilmir. Yəni, adı çəkilən qurumun maliyyə şöbəsinə rəhbərlik edən Nəsib Qocayev, belə bir adlar adı altında pul köçürmələrini həyata keçirir, amma əksər hallarda heçnə nə alınmır. Bu cür addımları atmaqla, köçürülmüş pul vəsaitlərinin mənimsənilməsi qanuni yolla rəsmləşdirilir. Belə bir halın varlığı da, artıq bu sahədə çalışan işçilərin daxili narazılıq hissinin “pik nöqtə”yə çatmasına səbəb olmaqdadır. Daha xoşagəlməz halın varlığı isə ondan ibarətdir ki, Böyükağa müəllim belə bir narazılıq hissinin baş qaldırmasına qətiyyən əhəmiyyət vermir. Bu da onu söyləməyə əsas verir ki, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsini daşıyan bu şəxsi düşündürən məsələ, yalnız büdcə vəsaitlərini mənimsəmək, daha çox var-dövlət əldə etməkdir.
Əldə etdiyimiz başqa bir məlumatlara görə, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində vəzifə sahibi olan şəxslər, 13 fevral 2018-ci il tarixdə ərazidəki birmərtəbəli yaşayış mənzilinin yarısını hərrac yolu ilə satırlar və əldə olunan pul vəsaitini də dövlət büdcəsinə köçürürlər. Amma, həmin şəxslər müəyyən fırıldaq əməllərinə də qol qoyurlar. Yəni, rəsmi sənəddə hərraca çıxarılan mənzilin yarısının satıldığını rəsmləşdirsələr də, əslində mənzilin hamısının satıldığı bildirilir. Yəqin ki, bir neçə ay bundan öncə Xəzər rayon İcra Hakimiyyətinə başçı təyin olunan cənab Elşən Salahov, adı çəkilən şəxslərin fırıldaq əməllərinin ayrıd olunmasına lazımınca diqqət yetirəcək. O halın da varlığını ehtimal etmək olar ki, araşdırmalar zamanı istər Böyükağa müəllimin, istərsə də Nəsib Qocayevin qol qoyduqları çoxsaylı qanunsuzluqlar aşkara çıxarılacaq.
Düşünürük ki, məqalənin dərcindən sonra aidiyyəti qurumlar, ələlxüsus BŞİH-nin rəhbərliyi Böyükağa müəllimin qol qoyduğu “böyük işlərə əl gəzdirib”, çox yaxın vaxtlarda lazımi addımlarını da atacaqlar.

P.S. Redaksiyamıza daxil olan məlumatlarla bağlı Nəsib Qocayevlə əlaqə saxlayıb, qarşı tərəf olaraq ondan problemlərin varlığına münasibət bildirməsini xahiş etdikdə, o, ilk əvvəl mobil telefonuna cavab verdi, az sonra isə özünün başqa şəxs olduğunu dilə gətirdi. Ona görə də, məqaləni qarşı tərəfin mövqeyini öyrənmədən dərc etməyə məcbur olduq.
Bu və ya digər olaylarla bağlı növbəti sayımızda. Odur ki, bizi izləməyi unutmayın.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az