• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-11-2018, 12:58

Qazaxdakı “jurnalist”in ötən otuz ilinin hədəri, yoxsa “kədər”i?

Qazaxdakı “jurnalist”in ötən otuz ilinin hədəri, yoxsa “kədər”i?

Deməli, kənar şəxslər qalsın bir yana, bu şəxsin özünün də inamı yoxdur ki, regional idarənin fəaliyyəti günün tələbləri səviyyəsindədir

Hörmətli çoxsaylı oxucular! Təqribən üç-dörd gün bundan öncə “Nyus.az” saytına daxil olan məlumatlar əsasında, Ağsatafa Regional Mədəniyyət İdarəsinin rəisi cənab Ramiz Quliyevin qol qoyduğu çoxsaylı qanunsuzluqlarla bağlı tənqidi məqalə dərc etmişdik. İlk olaraq adı çəkilən qurumun rəhbəri ilə əlaqə saxladıq ki, qarşı tərəf olaraq ondan problemlərin varlığına münasibətini öyrənə bilək. İnsafən onu qeyd edək ki, idarə rəisi bizimlə telefon danışığı zamanı etik qaydalara riayət etməklə bərabər, həm də problemlərlə bağlı müəyyən araşdırmalar aparılmasının zəruriliyini də bildirdi. Amma, çox keçmədi ki, adının çəkilməsini istəmədiyimiz bir şəxs bizimlə əlaqə saxlayaraq “Mən Ağsatafa Regional Mədəniyyət İdarəsində mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyıram. Ona görə də, “Nyus.az” saytında dərc etmiş olduğunuz “Əbülfəs Qarayevin mühəndis kadrı regional idarəni uçuruma sürükləyir--ŞOK OLAY” başlıqlı məqaləni təcili saytdan çıxarın” dedi. Düzdür, bir qədər götür-qoy etdik və müəyyən araşdırmalar aparmağa da qərar verdik. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “Mən otuz ilin jurnalistiyəm, otuz ildir ki, yazıram” deyən şəxsin, adı çəkilən idarəyə heç bir aidiyyəti yoxdur. Hətta, üstüörtülü şəkildə olsa belə biz həmin şəxsə Ağsatafa Regional Mədəniyyət İdarəsində mətbuat xidməti deyilən ştatın olmadığını, qanunun digər tələblərini yazılı formada izah etsək də, deyəsən adını çəkmək istəmədiyimiz həmin şəxs yazdıqlarımızı başa düşmədi, yaxud da başa düşmək istəmədi. Odur ki, “Öyrənmək heç də eyib sayılmır”deyiblər.
Məsələnin usandırıcı halı odur ki, ilk əvvəl o, özünü bizə Ağsatafa Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətinin rəhbəri deyə təqdim etsə də, 28 noyabr 2018-ci il tarixdə özünə yaxınlığı ilə tanınan saytların birində dərc etdirdiyi “Ağstafa Regional Mədəniyyət İdarəsinin işi günün tələbləri səviyyəsindədir?” başlıqlı “məqalə”sində isə, bu şəxs özünü adı çəkilən qurumda ictimai əsaslarla fəaliyyət göstərən mətbuat xidmətinin rəhbəri kimi təqdim edir. Hörmətli oxucular, hər birinizdən xahiş edirik ki, belə bir yanaşmaya diqqətlə fikir verin və özünüz də nəticə çıxartmağa çalışın. Adını çəkmək istəmədiyimiz və “Mən otuz ilin jurnalistiyəm, otuz ildir ki, yazıram” deyən bu şəxsin müəllifi olduğu məqalənin başlığına nəzər yetirin. Bu şəxs bir tərəfdən “canı-qəlbdən” Ramiz Quliyevin müdafiəsinə qalxır, digər tərəfdən isə, adı çəkilən vəzifə sahibinin iş fəaliyyətini şübhə altına alır. Məsələn, o, dərc etdirmiş olduğu məqaləyə “Ağstafa Regional Mədəniyyət İdarəsinin işi günün tələbləri səviyyəsindədir?” deyə başlıq və başlığın sonunda isə, sual işarəsi qoyur. Deməli, kənar şəxslər qalsın bir yana, bu şəxsin özünün də inamı yoxdur ki, regional idarənin fəaliyyəti günün tələbləri səviyyəsindədir. Yəni, “məqalə” müəllifi başlığı sual cümləsinə çevirir və Ağstafa Regional Mədəniyyət İdarəsində işin günün tələbləri səviyyəsində olub-olmadığını kimlərdənsə də soruşur. Odur ki, bir daha xatırlayırıq “Öyrənmək heç də eyib sayılmır” deyiblər. Yazmağı, özü də necə yazmağı, hansı formada, hansı qaydada yazmağı öyrənmək lazımdır. Yoxsa...
Digər tərəfdən, biz hər kəsə sual edirik ki, istənilən dövlət qurumunda (özəl sahələr istisna olmaqla) bir kimsənin ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıması hansısa qanunla tənzimlənirmi? Yaxud da, belə bir halın varlığı KİV haqqında Qanunun hansısa maddəsində öz əksini tapıbmı? Yoxsa, adını çəkmək istəmədiyimiz bu şəxsin elanı yeni bir ixtira, yaxud da yeni bir kəşfdir?
Daha incə məqamlardan biri də, adını çəkmək istəmədiyimiz bu şəxsin “Nyus.az” saytının “reket sayt”lar siyahısına salınmaması yöndə narahatçılıq ifadə etməsidir. Bu şəxsə məsləhət görərdik ki, heç də narahat olmağa dəyməz. Çünki, “Nyus.az” saytının qeyd olunan siyahıya salınması üçün heç bir əsas yoxdur, yəqin ki, bundan sonra da olmayacaq. Mən “İctimai əsaslarla mətbuat xidmətinin rəhbəriyəm” deyən bu şəxsin, məhz müəllifi olduğu “Ağstafa Regional Mədəniyyət İdarəsinin işi günün tələbləri səviyyəsindədir?” başlıqlı “məqalə”sinə diqqətlə nəzər saldıqda, onu da müəyyən etmək olur ki, “məqalə” olduqca qüsurlu hazırlanıb. Yəni, “məqalə” daha çox söz yığnağını xatırladır.

Çoxsaylı oxucularımıza adını çəkmədiyimiz və özünün Ağstafa Regional Mədəniyyət İdarəsində ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıdığını bildirən şəxsin müəllifi olduğu “məqalə”ni təqdim edirik. Odur ki, hər bir oxucudan bu “məqalə”ni oxuyub münasibət bildirməsini xahiş edirik.

Bu da “Mən otuz ilin jurnalistiyəm, otuz ildir ki, yazıram” deyən bir şəxsin, yəqin ki, ötən otuz illik göstəricisini ortaya qoymuş olur. Daha düşündürücü nüaslardan biri də, bu şəxsin ağı qaradan, qaranı ağdan ayrıd etməyi bacarmamasıdır. Məsələn, biz “Əbülfəs Qarayevin mühəndis kadrı regional idarəni uçuruma sürükləyir--ŞOK OLAY” başlıqlı dərc etdiyimiz məqalədə, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən qurumlarda yaşanan problemlərdən bəhs etmişik, adını çəkmək istəmədiyimiz və özünü adı çəkilən qurumda ictimai əsaslarla fəaliyyət göstərən mətbuat xidmətinin rəhbəri kimi təqdim şəxs isə, yazdıqlarımızı söyüş, təhqir, şantaj və s. hesab edir.
Hörmətli oxucular! Bir halı da qeyd etməyi, sanki özümüz üçün borc bildik. Fikir verin, adını çəkmək istəmədiyimiz və “Mən otuz ilin jurnalistiyəm, otuz ildir ki, yazıram” deyən bu şəxs, müəllifi olduğu “Ağstafa Regional Mədəniyyət İdarəsinin işi günün tələbləri səviyyəsindədir?” başlıqlı “məqalə”sində, məhz “daşıdığı vəzifəsi”ni qeyd edərkən, adını və soyadını “daşıdığı vəzifə”sinin sonunda yazır. Təəccüblü və düşündürücü hal deyilmi? Axı, qəbul olunmuş yazı üslubunda, yazılı ədəb qaydalarında belə forma yoxdur. Belə olan hallarda ilk əvvəl soyad, ad, sonra isə şəxsin daşıdığı vəzifəsi yazılır. Bu cür elementar qüsurlara yol vermək heç də təsadüf deyil, birbaşa kimin “qab”ında nə varsa, onu müəyyən edən əsas meyardır. Odur ki, bir daha yada salırıq “Öyrənmək heç də eyib deyil” deyiblər.

P.S. Düşünürük ki, “Qazaxdakı “jurnalist”in ötən otuz ilinin hədəri, yoxsa “kədər”i?” başlıqlı məqalənin dərci hər kəsin, o cümlədən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi cənab Ramiz Quliyevin də marağına səbəb olacaq və adı çəkilən vəzifə sahibi, rəhbərlik etdiyi qurumda “mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyan” şəxsin yaradıcılığına, müəyyən göstəricilərinə öz qiymətini verməyi də bacaracaq. O halda bəlli olacaq ki, özünü bölgənin “fundamental yazar”ı hesab edən bu şəxsin otuz illik “jurnalistlik fəaliyyəti” onun özü üçün əhəmiyyətli olsa da, tam əksəriyyət üçün əhəmiyyətsiz bir şey olub. Çünki, nəticə göz önündədir.
Mövzu diqqətimizdədir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az