Portuqaliya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra" səfərdə "Belenenseş"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Pasuş de Ferreyra" hazırda 5 xalla 18 komanda arasında 17-cidir.
Nyus.Az