Yanacaq doldurma məntəqəsinə basqın etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 1995-ci il təvəllüdlü Tural Qarayev və 1988-ci il təvəllüdlü Məhəmməd Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror Tural Qarayev və Məhəmməd Mirzəyevin hər birinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bildirək ki, bu il yanvarın 11-də Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə basqın olub.
Onlar operatorları tapançaya oxşar əşya ilə hədələyərək pul tələb ediblər. Müqavimətlə rastlaşdıqları üçün hadisə yerindən qaçıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev saxlanılıblar. İlkin Muradov(Musavat.com)
Nyus.Az