Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçirilir.
Bu gün qrup mərhələsində ilk turua yekun vurulur. Bununla yanaşı bu gün ikinci tura da start veriləcək.
Hazırda H qrupunda Polşa – Seneqal qarşılaşması başlayır. Bu matçla qrup mərhələsində ilk tura yekun vurulacaq.
Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək.
Polşa – Seneqal matçı Moskvada "Spartak" stadionunda keçiriləcək.
****
19:00. Polşa - Seneqal - 1:2 (İkinci hissə)
Qollar: Sionek, 37-avtoqol (0:1), Nyanq, 60 (0:2), Krikoviak, 86 (1:2)
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).