ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) 84-190 metr diametrə malik asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.
NASA-nın saytı bildirir ki, 2009 PQ1 adlı asteroid avqustun 5-də Yerə maksimum yaxınlaşacaq. O, saniyədə 13,4 kilometr sürətlə planetimizin 3,2 milyon kilometr yaxınlığından keçəcək.
AzərTAc xatırladır ki, həmin asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. Astronomlar onu Apollonlar sinfinə - orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər.