Türkiyəli aktrisa Ayşegül Akdemir ana olub.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, bəstəkar Gökhan Şahinlə evli olan aktrisa bu barədə İnstaqram səhifəsində məlumat verib.
O, həyat yoldaşı və yeni doğulmuş oğlu ilə çəkilmiş şəkli hesabında yerləşdirib və yazıb:
"Tanış edim, Kamal Şahin. Biz yaxşıyıq".
Qeyd edək ki, bu, 2014-cü ildə ailə quran cütlüyün ilk övladıdır.
Xatırladaq ki, "Çok güzel Hhreketler bunlar" proqramıyla məşhurlaşan Ayşegül hazırda "Güldür Güldür" komedi-şousunda iştirak edir.
Nyus.Az