"Qonaqlar deyir ki, verilişə gələndə ehtiyat edirik. Şəxsi məsələlərlə bağlı sual verirsiniz. Bizim nəyimizə lazımdır?".
Nyus.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində deyib.
O, efirdə müğənnilərin şəxsi həyatını açıb deyən həmkarlarını qınayıb:
"İnsanın həyatında hansısa səhvi olub. Aparıcı bunu efirdə üzünə vurur. Bunlar qanun pozuntusudur. Bunu etmək bizə görə deyil".