Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) keçirilən şahmat üzrə Sinkfild "Sinquefield Cup" superturnirinin 4-cü turunda Ermənistan nümayəndəsi Levon Aronyanla görüşüb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, partiyanın 24-cü gedişində heç-heçə qeydə alınıb. Hər iki qrossmeyster aktivində 2,5 xalla turnir cədvəlinə liderlik edir.
Turun digər partiyaları davam edir.
Nyus.Az