Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-dan martın 2-dək Afrikanın 4 ölkəsinə rəsmi səfər edəcəyi gözlənilir.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, R.T.Ərdoğan Əlcəzair, Mavritaniya, Seneqal və Maliyə səfər edəcək.