ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.
ABŞ Maliyyə Nazirliyi yayıb.
Məlumata görə, sanksiyalar terror təşkilatı ilə əlaqədə şübhəli bilinən və İranın nüvə proqramında iştirak edən 9 fiziki şəxs və 16 təşkilata şamil olunub. Onların arasında Asan Bank Brokerage, Currency Exchange, Colden Commodities LLC və başqaları var.
"Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərin İdarə Edilməsi İdarəsi İranda, BƏƏ-də və Türkiyədə mənzil-qərargahları olan, İslam İnqilabı Keşikçiləri Korpusuna (“SEPAH”) və İran Müdafiə Nazirliyinə milyarddan çox dollar və avro vəsait köçürən fiziki şəxslərə və təşkilatlara qarşı tədbirlər gördü”,-deyə nazirliyin məlumatında vurğulanıb.(Virtualaz.org )
Nyus.Az