Kubanın dövlət başçısı Prezindent İlham Əliyevə məktub ünvanlayıb
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Eyni zamanda, ölkələrimizi birləşdirən dostluq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.