“Istambul” hotel ən iyrənc hoqqaların yaşandığı ünvandır
Uzun illərdir ki, Bakı şəhəri, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki “İstambul” hotel, azyaşlılaradan tutmuş müəyyən yaş həddinə qədər çatmış əksər “xanım”ların cinsi istismara məruz qaldıqları bir ünvan olaraq fəaliyyət göstərməkdədir. Bəlkə də bu ünvan Bakı şəhərində yeganə əxlaqsızlıq ünvanıdır ki, bura həm “kolxoz bazrı”na, həm də “karvansara”ya oxşayır. Çünki, bəzi əxlaqsızlıq ünvanlarından fərqli olaraq, bu ünvana üz tutanlar heç bir halda sorğu-suala tutulmadan lazımi qədər “kef”ini çəkə bilir. Hətta söylənilənlərə görə, gecələməyə yeri-yurdu olmayanlar bu ünvandan “qostinsa” kimi də istifadə etməli olurlar.
Onu da bildirək ki, “İstambul” hotel birmərtəbəli olsa da, qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şəraitlə təmin olunmuş 15-20, bəlkə də daha çox otaqlardan ibarətdir. Onu da unutmaq olmaz ki, bu əxlaqsızlıq ünvanı hansısa küncdə-bucaqda deyil, birbaşa Rəsulzadə qəsəbəsinin mərkəzi hissəsinə yaxın bir yerdə, daha çox sadə insanların məskunlaşdıqları ərazidə fəaliyyət göstərir. Düşündürücü hal odur ki, bu obyektin giriş qapısı mütəmadi açıq olur və ora üz tutan cütlükləri hər kəs görə bilir. Düzdür, sifariş verilmiş “taksi”lərlə ora gə(tiri)lən “xanım”lar obyektə daxil olarkən, ilk əvvəl üz-gözlərini müəyyən qədər örtməyə, yəni “şeytan cilidi”nə girməyə çalışsalar da, son anda etdikləri cəhd tam şəkildə baş tutmur.
Daha düşündürücü hal odur ki, “İstambul” hotel Binəqədi RPİ-nin olduqca yaxınlığında fəaliyyət göstərir və qeyd olunan ünvanda baş verən hər cür hoqqalara, məhz bu gün də adı çəkilən rayonun polis əməkdaşları göz yummaqda davam edirlər. Belə bir halın valığı isə, ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Belə bir yanaşmanın varlığının nəticəsidir ki, hər gün “İstambul” hoteldə milli-mənəvi əxlaqımız tapdaqlar altına atılır. Baş verən hər cür çirkin olayların varlığına isə, yuxarıda qeyd etdiyimiz kimi hüquq-mühafizə orqanı əməkdaşları göz yummaqda davam edirlər. “İstambul” hoteldə minbir hoqqalara qol qoyulmasının səbəbi o olur ki, bu ünvanı idarə edənlər özlərini çox “yuxarı”dan aparırlar və bəzən də vurğulayırlar ki, bu obyekt hüquq-mühafizə orqanlarında çalışan və yüksək vəzifə sahibi olan şəxslərə bağlı bir obyektdir. (Məqalənin istinad etmədən götürüb sayta yerləşdirmək ən böyük şərəfsizlikdir) Ona görə də, bu ünvana bir kimsə cürət edib toxuna bilməz, hətta həndəvərindən olsa belə keçə bilməz”. Bu cür yanaşmanın nə dərəcədə həqiqət olub-olmaması haqda bir söz deyə bilməsək də, deyəcəyimiz söz o olacaq ki, “İstambul” hotel bu gün Binəqədi rayonu ərazisində ən “xod gedən” əxlaqsızlıq ünvanlarından biri olaraq fəaliyyət göstərməkdədir.
Qeyd olunan ünvanda baş verənlərlə bağlı redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, “İstambul” hoteldə yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradııb. Belə bir səbəb üzündən də, bu ünvanın “başbilənləri” yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaratmaqla, məhz gündəlik külli miqdarda gəlir əldə edə bilirlər. Bütün bunlar qalsın bir yana, o halda sual oluna bilər ki, görəsən “İstambul” hoteldə gəncliyimizə, milli-mənəvi əxlaqımıza, xalqımızın genefonduna vurulan ziyanın əhatə dairəsini ünvan sahibləri ilə bərabər, bu ünvana himayədarlıq edən vəzifə sahibləri, ələlxüsus hüquq-mühafizə orqanı əməkdaşları necə qiymətləndirirlər?
Başqa bir məqama diqqət yetirək ki, “İstambul” hotel istirahət mərkəzi adı altında fəaliyyət göstərsə də, əsl həqiqət isə ondan ibarətdir ki, bu ünvanda gündəlik hansı hoqqalara qol qoyulur?. Belə olan halda sual oluna bilər ki, İstambul” hoteli istirahət mərkəzi adlandırılması eyib deyilmi? Bəli, bu gün hər kəs “İstambul” hoteli ən böyük əxlaqsızlıq ünvanı hesab etməli və bəlli münasibətini də ortaya qoymalıdır. O halın varlığına da diqqət yetirək ki, bu ünvanda yaşanan biabırçılıqlar haqda hansısa mətbu orqanda tənqidi məqalə dərc edərkən, çox keçmir ki, “İstambul” hotelin müdafiəçiləri rolunu oynayan, düşüncəsində “feodal təfəkkürü” formalaşdıran, bəzi “üzdəniraq, ağzıqara” jurnalistlər (əgər onlara jurnalist demək olarsa) “yengə” rolunu oynamağa başlayırlar. Hətta, elə hallar da olur ki, onlar kimlərəsə hədə-qorxu gəlməkdən də çəkinmirlər. Məsələnin diqqəti cəlb edən tərəflərindən biri də odur ki, “İstambul” hoteldə qadınları cinsi zoraklığa qoyan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir, rəhbərlik işçilərin hər biri ilə əmək müqaviləsi bağlamır, obyektdə çalışan bəzi işçilərin sağlamlıq durumlarında problemlərin olduğu bldirilik, elektrik enerjisindən və sudan “levı” istifadə olunması haqda müəyyən çevrədə məlumatlar dolaşır, ən əsası obyektə daxil olan, yəni gə(tiri)lən “xanım”ların nigahda olub-olmadıqları araşdırılmır. Bu kimi hallar da, cinayət məsuliyyəti yaradan halların varlığıdır.
Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə, yeni “Milli Fəaliyyət Planı” da imzalansa da, “İstambul” hotelə rəhbərlik edənlərin və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, bunların əksini görmək mümkün olur. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi ünvanda qadınların cinsi istismarına şərait yaratmaqla, çox zaman vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, ünvan sahibinin yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.
Növbəti açıqlamamızda ünvan sahiblərinin qol qoyduqları başqa-başqa əməllərdən, hansı ki, bu günədək ictimaiyyətə bəlli olmayan qaranlıq məqamlarından bəhs oluncaq.
Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.