Yayın gəlişi ilə şou-biznes əhlinin İnstaqram profilləri rəngarəng fotolarla bəzənməyə başlayıb. İstirahətə yollanan yerli tanınmışlar çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşməyə davam edirlər. Bəs görəsən bu yay kim harada dincəlir?
Nyus.Az axşam.az-a istinadən bildirir ki, məşhurların istirahət məkanlarını və fotolarını təqdim edir:
Zamiq Hüseynov istirahət üçün İstanbuldakı evini seçib.
Günay İbrahimli isə ya Bakının dənizkənarı çimərliklərində, ya da öz bağında dincəlir.
Rəqqasə Fatimə Fətəliyeva isə övladları ilə birlikdə Bodruma yollanıb.
Yayın əvvəlində Antalyada, daha sonra Bakıda dincələn Pərvin Abıyeva hazırda İstanbuldadır.
Əməkdar artist Miri Yusif isə həyat yoldaşı Nərgiz və üç övladı ilə Kuşadasına gedib.
Sevda Yahyayeva da istirahət üçün Bodruma gedənlər arasındadır.
Əməkdar artist Könül Kərimova isə Alanyada otellərin birində istirahət edir.
Rəqqasə Aytən Əliyeva Bodrumda dincəlir.
Nyus.Az