COVİD-19, koronavirus Ağstafa rayon Mərkəzi Xəstəxanasından yol alıb – VİDEOFAKT
Ağstafa rayon Mərkəzi Xəstəxanasında antisanitariya və özbaşınalıq baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var.
Bildiyiniz kimi, hələ bir neçə il öncə, cənab prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq, bu xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.
Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir.
Ancaq bu yazıda məqsədimiz ölkədə hökm sürən pandemiya dövründə xəstəxanada çalışan işçilərin tələb olunan normativlərə əməl etməməsini işıqlandırmaqdır. Belə ki, tibb işçiləri maska taxmır, xəstələrə adi geyimdə qulluq edir ki, bu da öz növbəsində COVİD-19, koronavirusun yayılması üçün əsl mənbədir. Bundan başqa, xəstəxanaya üz tutan pasiyentər saatlarla qapıda gözlədilir. Bu da sosial izolyasiya qaydasının pozulmasına gətirib çıxarır.
Sözügedən xəstəxananın Ultrasəs Müayinə həkimi (USM) Könül həkimin qanun pozuntusu isə bir ayrı mövzudur ki, bununla bağlı hazırladığımız video tezliklə oxuculara təqdim ediləcək.