Vaxt gur axan çaya bənzəyir. Axır, elə hey axır. O çayı dayandırmaq, saxlamaq mümkün deyil. Olsa da təbiətin ixtiyarına qudrətimiz çatmaz. Sizlərə söhbət açmaq istədiyimiz Dəmir Gədəbəyli də ucu-bucağı görünməyən bir dağ çayına bənzəyirdi. Dağ vüqarlı Dəmir müəllim hamının sevimlisiydi. Onun üçün hamı əziz idi. Gədəbəy onun üçün dünyanın ən müqəddəs məkanıydı. Dəmir müəllim təkcə Gədəbəylilərin deyil, Azərbaycanın, Türk dünyasının başucalığı idi. lakin amansız ölüm onu ailəsindən, dostlarından, çox sevdiyi dağlarından ayırdı. Ölümlərin hamısı ağırdı. Amma nə edəsən ki, illər asta-asta hecaya bölüb insanları əbədi əzəli evinə səsləyir. Dəmir müəllim şərəfli, qeyrətli bir ömür yaşadı. O, ailəcanlıydı. Uşaqlarını, ailəsini böyük bir məhəbbətlə sevirdi. Təəssüf ki, amansız ölüm bu gözəl atanı, sədaqətli dostu övladlarının, dostlarının və qohumlarının əlindən aldı. Ulu Tanrı Dəmir müəllimə rəhmət eləsin, torpağı nurnan dolsun! Amin!