Avstraliyanın "Benthic" şirkəti Xəzər dənizində, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" iri neft-qaz yatağında yeni platformanın qurulması üçün nəzərdə tutulan yerdə geotexniki axtarış işlərinin aparılması ilə bağlı müqavilə bağlayıb.
Nyus.Az xəbər verir ki, bu barədə Trend şirkətə istinadən məlumat verir.
Müqaviləyə əsasən, "Benthic" ilin birincü rübündə "Topaz Caspian Supporter" gəmisindən geotexniki işləri yerinə yetirəcək.
Müqavilənin dəyəri barədə məlumat verilmir.