Amerikanın Corciya ştatında keçiyə kokain və viski verən ranço əməkdaşını həbs ediblər. 28 yaşlı Sercio Palomaresanı internetdə yayımladığı video ələ verib. Həmin videoda o, keçinin buynuzlarından tutub, bir başqası isə ona narkotik verir. Bundan sonra Palomares Quzman heyvanın ağzını açır, dostu isə ora spirtli içki tökür.
Video barədə xəbər rançonun yerləşdiyi ərazi üzrə polis idarəsinə xəbər verilib. Bundan sonra Palomares Quzman heyvana qarşı qəddar münasibətə görə ittiham edilərək, həbs olunub. Onu ölkədən deportasiya edilmək cəzası gözləyir. Onunla birlikdə keçiyə qarşı zorakılıq edən digər iki nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.