Bakıda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1936-cı il təvəllüdlü Rzalı Oktay Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Nyus.Az