Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, iyulun 15-də saat 14 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nyus.Az