Abşeron rayonunda piyadanı maşın vuraraq qaçıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü rayon sakini Quliyev Samir Məmmədqulu oğlu Saray qəsəbəsində yolu keçərkən onu naməlum avtomobil vurub.
Daha sonra sürücü hadisə yerini tərk edib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az