Bərdə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Nyus.Az report.az-a istinadən bildirir ki, hadisə "Yeni qəsəbə" adlanan ərazidə qeydə alınıb.
İsmayılov Şamo Yusif oğlu işlədiyi dönərxananın qarşısında dalaşan iki nəfəri ayırmaq istəyib. Bu zaman dalaşanlardan biri - Bərdə şəhəri Türkman kənd sakini, Zöhrab adlı şəxs ona ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Nyus.Az