Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət həkim anistezioloq Ceyhun Hacıyevdən gedir.
Bu barədə məlumatı C.Hacıyevin həmkarları sosial şəbəkədə yayıblar.
Qeyd edək ki, C.Hacıyev 2001-2015 illər ərzində Respublika Neyrocərrahiyə Xəstəxanasında çalışıb. Onun son iş yeri Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olub.
Nyus.Az